Tbilisi prospektində tıxacların aradan qaldırılması üçün hansı işlər görüləcək? - VİDEO

Bakının şimal və şimal -qərb giriş-çıxışında əsas rola malik olan Tbilisi prospektində tıxaclar tarixə qovuşa bilər. Avtosfer.az xəbər verir ki, 2025-2030-cu illəri əhatə edən dövlət proqramında sözügedən prospektdə əsaslı yenidənqurma, hərəkətin yenidən təşkil edilməsi ilə bağlı məsələ öz əksini tapıb.
Tıxacın aradan qaldırılması üçün yeni layihələrdən biri Həsən Əliyev, Şəfaət Mehtiyev küçələri və Tbilisi prospektinin kəsişməsi ilə bağlıdır.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, Bakıya şimaldan və şimal-qərbdən daxil olan nəqliyyat vasitələrinin təxminən 60-70%-i Tiblisi prospekti ilə hərəkət edir. Burada məsələnin həlli ciddi nəqliyyat intensivliyinə gətirib çıxara bilər
Ərşad Hüseynovun sözlərinə görə, bütün hallarda bu prospektə kompleks yanaşılmalı, işlər tək Tbilisi prospektində deyil, digər sadalanan küçələrdə də aparılmalıdır.
O, bildirir ki, Tbilisi prospektində tıxacın köklü həlli üçün Bakı-Sumqayıt yolundakı "Vaz Dairəsi" kimi tanınan əraziyə qədər nəqliyyat axını təşkil olunmalıdır. Bununla da, istər ictimai nəqliyyat, istərsə də mikromobil və nəqliyyat vasitələrinin rahat hərəkəti təmin edilə bilər.
Daha ətraflı videomaterialda.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










