Banner

Tıxaclar ətraf mühiti çirkləndirir; Şəhəri yüngülləşdirmək lazımdır – NƏQLİYYAT EKSPERTİ

Yazarlar 16 Noyabr 2024 18:31 Oxunub 4346
Tıxaclar ətraf mühiti çirkləndirir;  Şəhəri yüngülləşdirmək lazımdır – NƏQLİYYAT EKSPERTİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ekoloji çirklənmənin başlıca səbəblərindən biri də nəqliyyat vasitələridir. Maşınların çox olması sıxlıqlara səbəb olur. Nəticədə avtomobillərin buraxdığı zəhərli qazlar nəinki havanı, eləcə də canlılara ciddi ziyan vurur.

Bəs tıxacın iqlim dəyişikliyinə hansı təsirləri ola bilər?

Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, tıxac ətraf mühitin çirklənməsi və iqlilim dəyişikliyinə ciddi təsir.

"Tıxac ətraf mühitin çirklənməsinə ən çox təsir göstərən vasitədir. Dünyanın inkişaf etmiş ölkələri tıxacla mübarizəni əsasən buna hesablayır ki, ətraf mühit çirklənməsin. Tıxac vaxtı avtomobil işlək vəziyyətdə olduğu üçün daha çox karbon qazı ixrac edir. Karbon-dioksid də ətraf mühit və canlılara xeyli zərər vurur. Bu baxımdan sürətli hərəkət məhz buna görə təmin olunur ki, avtomobil dayanmasın, yerində işləməsin, eyni yeri qat-qat artıq formada zəhərləndirməsin. Məsələn, Bakı-Sumqayıt yolunda, Bayılda daha çox tıxac müşahidə olunur. Belə ərazilərdə daha çox çirklənmə müşahidə olunur. Təsadüfi deyil ki, bizim "Yol hərəkəti haqqında" qanunda da açıq şəkildə yazılıb ki, yaşayış məntəqələrində mühərriki işlək vəziyyətdə saxlamaq olmaz. Bəzi insanlar bunu bilmir, marketə və başqa məkanlara gedəndə, mühərriki işlək vəziyyətdə qoyurlar. İnsanlar bunu dərk etmədən, bu səhvləri edirlər. Ona görə iqlim dəyişikliyinə bunun yüksək təsiri var".

Ekspertin sözlərinə görə, bu kimi problemlərin qarşısını almaq üçün şəhərləri planlı şəkildə yüngülləşdirmək lazımdır.

"Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən aparılan təhlillər göstərir ki, yer üzündə ətraf mühitin çirklənməsinin 50-60 faizi məhz nəqliyyat vasitələrinin ixrac etdiyi zəhərli qazların payına düşür. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi açıqlamasında göstərilib ki, Bakı şəhərində ətraf mühitin çirklənməsinin 80 faizi avtomobillərin üzərinə düşür. Pandemiya vaxtı avtomobillərin hərəkəti məhdudlaşdırılmışdı, yəni portalla hərəkət edirdilər. Ümumiyyətlə, bəzi günlər tam qapanma vardı. Həmin vaxt ətrafa göz gəzdirəndə havanın aydın olduğunu müşahidə etmək olurdu. Yəni bir çox paytaxt şəhərlərdə bu problemlər var və bunun da qarşısını almaq üçün şəhərləri yüngülləşdirmək lazımdır. Yaşayış bir yerə toplanmamalıdır, paylanmalıdır. Bölgələr inkişaf etməlidir ki, insanlar hamısı paytaxta axışıb, gəlməsinlər. Avtomobil parkı yenilənməlidir, yenilənmə ilə yanaşı, paralel olaraq hibrid və elektromobillərə keçid baş verməlidir. Bu proseslər hamısı planlı şəkildə həyata keçirilməlidir", - deyə E.Muradlı qeyd etdi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh