“Xəsislik edib pulu cibə yığmaq uğur gətirmir” - EKSPERT

"Avtobus sürücülərinin təlimlərə cəlb olunması ictimai nəqliyyat sisteminin keyfiyyətinin artırılması və sərnişinlərin təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu proses sürücülərin peşəkar bacarıqlarını təkmilləşdirmək, yol hərəkəti qaydalarına riayət edilməsini gücləndirmək və sərnişinlərə yüksək xidmət göstərilməsini təmin etmək məqsədi daşıyır".
Avtosfer.az xəbər verir ki, bunu “Yeni Sabah”a nəqliyyat eksperti Elməddin Muradlı deyib.
O əlavə edib: “Avtobuslar Azərbaycana gətirilərkən və istismardan öncə sürücülərə təlimlər keçirilir. Özüm də təlimlərin bir çoxunda iştirak etmişəm. Həm simulatorlar üzərində, həm də qapalı zonada təlimlər keçirilir, sınaq sürüşləri olur. Aidiyyəti qurumların əvvəlki dövrlərə baxanda sürücülərə münasibəti normaldır. Sahibkar özü də başa düşür ki, bu, 20 ilin avtobusu deyil, 0 kilometrajlıq, ən azı 200 min qiyməti olan nəqliyyat vasitəsidir. Onu hər adama həvalə etmək olmaz. Nəqliyyat sektorundakı şirkətlər təhlükəsizliyə önəm verir, əmək qaydalarını qoruyurlar. Bu onların hüquq və vəzifələrindən biridir”.
Ekspert bildirib ki, belə təlimlər əslində sahibkarın özünə daha faydalıdır:
“Sürücü nə qədər ekonom sürüş etsə, nəqliyyat vasitəsinə az zərər dəysə, sahibkar o qədər qabağa düşür. Bunun da başlıca predmeti təlimdir. Təlim keçməmək, xəsislik edib təlim üçün ayrılan pulu cibə yığmaq uğur gətirən bir şey deyil. Nəticə etibarilə, bu, insanlara ziyandır. Əslində sahibkar bir gün ayılıb başa düşür ki, təlimə xərclədiyi puldan daha çox qazanıb, yaxud xərcləməzsə, nə qədər ziyan çəkir. Sərnişinlərin narazılığı başadüşüləndir. Onlar haqlı olaraq ictimai nəqliyyatda təhlükəsiz səyahət etmək istəyir. Bu onların hüququdur”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












