Yanacaqdoldurma məntəqələrində 55 litr tutan maşına 61 litr benzin “vururlar”

Zaman-zaman Bakıdakı yanacaqdoldurma məntəqələri ilə bağlı şikayətlər səsləndirilir. Bəzi sürücülər ödənilən pulun müqabilində maşınlara yancağın az vurulduğunu, digərləri isə benzinin keyfiyyətsiz olduğunu deyirlər. Əvvəllər belə hallarla bağlı şikayətlər bir qayda olaraq Standartlaşdırma Metrologiya və Patent Üzrə Dövlət Komitəsinə ünvanlanırdı. Bu ilin aprelində həmin komitə ləğv olunandan sonra vətəndaşlar hara şikayət edəcəklərini bilmirlər. Yanacaqdoldurma məntəqələrindən isə narazlılıq bitib-tükənmir. Bəs vətəndaşlar hansı quruma müraciət etsinlər?
Avtosfer.az xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov modern.az-a deyib ki, yanacaqdoldurma məntəqələri ilə bağlı problemlər uzun illərdir yaşanır. “Bu narazılıq hələ Sovet vaxtından üzü bəri davam edir. Yanacaq satışı sahəsində qeyri-şəffaflıq, ictimai nəzarətin sıfır vəziyyətində olması faktdır. Buradakı problemlərin həlli ilə bağlı dövlət qurumlarına müraciət etmək olar. Hamıya məlumdur ki, bizim “Lukoyl”la məhkəmə işimiz var. “Lukoyl” çəni 55 litr tutan avtomobilə guya 61 litr benzin vurub. Bununla bağlı əlimizdə rəsmi sənədlər də var. “Lukoyl” həmin işlə bağlı məni məhkəməyə verib, məndən 5000 manat təzminat tələb edir”. E.Hüseynov bildirib ki, digər yanacaqdoldurma məntəqələrində də bu kimi problemlər var: “Yanacaqdoldurma məntəqələrində olan cihazlara Standartlaşdırma İnstitutu nəzarət edir. Onlar 6 aydan bir yoxlama aparmalıdır. Yancaqdoldurma məntəqələrində çalışanların “çörək boltu” adlandırdıqları bir bolt var. Həmin boltu sağa vurarsansa sayğac göstərər, lakin az benzin vurur, sola vurarsansa başqa bir hiylə olar. Bizə gələn şikayətlər arasında vətəndaşların avtomobillərinə vurulan benzinin bir hissəsinin 3-4 metrlik şlankların içərində qalması ilə bağlı məsələlər də yer alır”. Eyyub Hüseynov deyib, dünyanın bir çox ölkəsində yanacaqdoldurma məntəqələrində operatorlar yoxdur: “Azərbaycanda nədənsə operatorlara pul verib saxlayırlar, guya xidmət göstərirlər. Əslində operatorlar insanları aldatmaq üçün lazım olan adamlardır. Bizə məlumatlar gəlir ki, bir çox yanacaqdoldurma məntəqələrində günün sonunda operatorlar növbə rəislərinə pul verirlər, istehlakçılardan oğurladıqları pulları. İstehlakçılar mütləq kassa çeki alsınlar, tablolara nəzarət etsinlər. Elə operatorlar var ki, gözünü bir an yana edəndə ayrı bir rəqəm yazır və az yanacaq vurur. Belə hallar olanda vətəndaşlar İqtisadiyyat Nazirliyinə, eləcə də Azad İstehlakçılar Birliyinə yazılı ərizə ilə müraciət etsinlər”.
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO











