Yeni çəkilmiş yolda piyada zolağı yoxdur - VİDEO

Əsaslı şəkildə yenidən qurulan və eni 4 zolaqdan 8 zolağa kimi genişləndirilən Babək prospektində yolun əksər hissəsində işlər yekunlaşdırılıb sürücülülərin istifadəsinə verilsə də burada piyada keçidi yoxdur. Bu isə həm piyada, həm də sürücülər üçün təhlükəyə səbəb olur. Avtosfer.az-ın məlumatına görə, eni 8 zolaqdan ibarət olan yolu keçmək istəyən piyada həyatını təhlükəyə atır. Onu görən avtomobillər isə anidən dayanmağa məcbur olurlar ki, bu da yolda qəza şəraiti yaradır. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, yol geniş olduğundan burada hər yerdə zolağın çəkilməsi mümkün deyil. Bunun üçün də prospektdəki işıqforların sayının artırılması nəzərdə tutulur. Bundan sonra hər işıqforun yaxınlığında piyada zolağı da çəkiləcək. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, Babək prospektinin 11 km-nə yeni asflat qatı çəkilib və işlər sürətlə davam etdirilir. Hazırda şəhər istiqamətində körpünün ətrafına və üzərinə asfalt vurulur. Bunun üçün də yolda hərkət hissələrlə məhdudlaşdırılır. Növbəti ayın sonuna kimi yolun tam təhvil verilməsi planlaşdırılır.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












