Yeni şəxsiyyət vəsiqəsindəki problemlər - “Hər kəs ala bilməz”

Yazarlar 27 Sentyabr 2018 17:35 Oxunub 2004
Yeni şəxsiyyət vəsiqəsindəki problemlər - “Hər kəs ala bilməz”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bizdə "yeni nəsil" vəsiqələrdə bu prinsip nəzərə alınmamaqla yanaşı, daha bir əvvəlki səhv təkrarlanıb

İqtisadçı ekspert Samir İsmayıl yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı maraqlı məlumat yayıb. Avtosfer.az "qafqazinfo"ya istinadən xəbər verir ki, S.İsmayıl biometrik göstəricilərini özündə əks etdirən sənəddə bəzi problemlərin olduğunu qeyd edib:  “Təxminən iki il gecikmədən sonra, - 1 sentyabr tarixindən yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb.  İlk baxışdan yeni vəsiqələrin ölçüsünün kiçildiyi və üstündə ÇİP olduğu hiss olunur. Yeni vəsiqələrin görünməyən hissəsi isə onun biometrik olmasıdır. Yuxarıda adı sadalanan hər 3 amil müsbət və önəmlidir. Lakin ÇİP olmasına rəğmən e-imza aktiv olmur. Bununla bağlı hələ hər hansı rəsmi açıqlama verilməyib. Ümid edək ki, qısa zamanda bu çatışmazlıq həll olunacaq. Qanunvericilikdə yazılır ki, köhnə nəsil vəsiqələr də öz müddətini başa vurana kimi qüvvəsində qalır. Məntiqlə yeni nəsil vəsiqələrinin üstünlüklərindən istifadə etmək istəyənlər də öz köhnə vəsiqələrini yeniləyə bilər. Amma sən demə belə deyilmiş. Asan xidmətdən bildirdilər ki, vəsiqəni dəyişməklə bağlı səbəb olmalıdır, Məsələn: yaş, ailə vəziyyətinin dəyişməsi, vəsiqənin itirilməsi və korlanması. Beləliklə, müəyyən olunur ki, əslində yeni verilən vəsiqələr ya yeni nəsil deyil, ya da ki, onun verilməsini təmin edənlər işin mahiyyətini tam anlamır. Yeni vəsiqələrin e-imza və biometrik funksiyaya malik olması dəyişdirmək üçün əsas deyilsə, vəsiqələri dəyişməyə ehtiyac ümumiyyətlə yox idi. Onsuz da onun yekəpər olması ilə 22 il ərzində barışmışdıq. "Yeni nəsil" vəsiqələrdə həm də sovet izi çox aydın görünür. Belə ki, burada ad, ata adı və soyadı beynəlxalq standartlara uyğun qaydada düzülməyib, əvvəl olduğu kimi rus və hind stilində düzülüb.

Dünyada qəbul olunmuş qayda var:

1. First name və ya given name (ad),

2. Middle name və ya second name (ata adı)

3. Surname və ya family name (soyad və ya familiya).

 

Bizdə "yeni nəsil" vəsiqələrdə bu prinsip nəzərə alınmamaqla yanaşı, daha bir əvvəlki səhv təkrarlanıb, Belə ki, sətirdə "ata adı" yazılmasına baxmayaraq, qadınların şəxsiyyət vəsiqəsində atanın adından sonra "qızı", kişilərdə isə "oğlu" yazılıb. Bu qramatik cəhətdən səhv olmaqla yanaşı, həm də məntiqsizdir. Axı vəsiqədə şəkil var, bundan əlavə də vəsiqə sahibinin cinsi üçün ayrıca sətir var. Yeni vəsiqələr rəqəmsaldırsa, bunların həm də hamısı sisitemlərdə görünür.

Bundan əlavə əgər biz bu gun soyadları milliləşdiririksə, köhnə qayda ilə ad-soyad sıralaması problem yaradır. Məsələn mən soyadımın sonluğunu milliləşdirmişəm, amma eyni zamanda hər hansı şəkilçi də əlavə etməmişəm. Bu mənim sənədlərimdə kifayət qədər problemlər yaradıb. Çünki, bizdə ad, ata adı və soyadın vahid ardıcıllığı ilə yazılış qaydası yoxdur. Soyad "ov"suz olanda aləm qarışır.

Ən əsası isə bu vəsiqələrin adı səhvdir. Məlum olduğu kimi bu vəsiqələrin başlıca funksiyası insanın tanınması, onun uçotunun aparılması, say nömrəsinin müəyyən edilməsi üçündür. Ona görə də onun beynəlxalq adı İD card adlanır. Türkiyədə onun adı nüfuz cüzdanı və ya kimlik vəsiqəsi adlanır.

Kimlik vəsiqəsi bizə çox uyğun gəlir. Amma yenə də, rus dilindən 1:1 kopiya edilib. "Удостоврение личности", "şəxsiyyət vəsiqəsi"- nə çevrilib. Özü də yeni nəsilə.

P.S.: Rusiyada "Удостоврение личности" sənədinin funksiyası tamam başqadır. Onların İD kartı daxili, sovet dönəmində olduğu kimi daxili pasport sənədidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh