“Yeni təmir olunub, amma kəndin daş-kəsəkli yoluna oxşayır” – Açıqlama

“Heydər Əliyev prospektinin “Koroğlu” metrostansiyasının yanından Zabrat körpüsünə qədər olan hissəsi bu il təmir edilsə də yollar narahatdır. Həmin yoldan keçərkən maşın sanki daşlı-kəsəkli yollarla gedir. Zabrat körpüsünü keçib köhnə yola çıxanda hiss edirsən ki, düz yolla gedirsən və maşın atılıb-düşmür, sirkələnmir”.
Avtosfer.az xəbər verir ki, bu sözləri nəqliyyat eksperti Elməddin Muradlı sosial şəbəkədə şəxsi hesabında yazıb. O yolların təmir olunmasından narazı qaldığını və bu yolla yenidən yol təmir etmək üçün bu yollardan istifadə etdiklərini bildirib.
Bununla bağlı Bizimyol.info- ya danışan “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli isə bildirib ki, çox adam çox söz deyə bilər, amma yollar müasir texnologiyalar vasitəsilə salınır, narahatçılığı olanlar isə rəsmi qaydada müraciət etdikdə biz onu araşdıra bilərik: “Yollar müasir standartlara uyğun olaraq çəkilir. Hansısa yolda problem varsa, narahatçılıq yaranırsa rəsmi olaraq müraciəte etsinlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə , məsələ araşdırılsın-aydınlaşdırılsın onlara rəsmi cavab verilsin. Çox mülahizələr irəli sürülə bilər, çox adam çox söz deyə bilər mən də daxil olmaq şərti ilə. Amma araşdırılma aparmadan nəsə fikir bildirmək doğru deyil. Həmin yolda sirkələnməni necə ölçdülər, necə müəyyən etdilər ki, normadan artıqdır?
Mən deməzdim ki, tikinti normalarına uyğun olaraq iş aparılmayıb, xüsusən də ən çox işlənilən yolda. Həmin yolla ölkəmizə qonaqlar gəlir, yüksək çinli məmurlarımız hərəkət edirlər. İndiyə kimi həmin yollardan bu tip şikayətlər, müraciətlər almamışıq”.
Sığorta bazarında 22 mlyonluq yeni dövriyyə – 100 manatdan 600 manata artım
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri










