"Yolkəsən" obyektlər - VİDEO

Paytaxtın müxtəlif ərazilərində piyada səkilərini kafe, restoran və digər obyektlər zəbt edib. Bu isə piyadaların təhlükəsiz və rahat hərəkətinə mane olur. Halbuki bu qanuna ziddir.
Avtosfer.az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.
Ərşad Hüseynov - ekspert: "Əgər səki yoxdursa, piyada məcbur olacaq hərəkət hissəsi ilə gedə və belə olan halda sürücülər üçün problem yaranır. Piyadanın başı qarışır çıxır hərəkət hissəsinin bir az içərilərinə. Birdə görürsən avtomobil bunu vurdu. Movcud standartlara uyğun olaraq. Heç olmasa 1 metr 20 santimetrlik və ondan böyük səkilər olmalıdır".
Amma görünür, əksər obyekt sahibləri bu qaydalardan ya xəbərsizdir, ya da ki əhəmiyyət vermirlər.
Cahid Həsənov - Memar: "Səkilərdə tamamilə gediş-gəlişi məhdudlaşdırır. Biz maşınlardan gördüyümüz, vərdiş etdiyimiz tıxaclar artıq bu gün Bakı şəhərindəki səkilərdə piyadalar arasında baş verir".
Sakin: "Zəbt ediblər. Hamısı tikinti materiallarıdır".
Ərşad Hüseynov - Ekspert: "Piyada səkilərinin zəbt olunmasına görə, fiziki şəxslər 80 manatdan 100 manata qədər cərimə oluna bilər. Bunu fərdi sahibkar edərsə, 400 manatdan 500 manata qədər cərimə oluna bilər. Bunu hüquqi şəxs edərsə, 3000 manatdan 4000 manata qədər cərimə oluna bilər".
Ekspertlərin sözlərinə görə, paytaxt ərazisində mövcud səkilərin qorunub saxlanması işini dövlət yol polisi və BNA birgə həyata keçirməlidir. BNA-dan isə bildirildi ki, qurum bir müddətdir ki, mövcud problemin həlli üçün tədbirlərin görülməsinə başlayıb. Əsas məqsəd küçələrin piyadaların hərəkəti üçün uyğun hala gətirilməsidir.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












