Yük avtomobillərinin sürücüləri niyə cərimələnir? - Ekspert danışdı

“Son günlər Bakıda yük avtomobilləri sürüclərinə kütləvi cərimələr tətbiq olunur. Gələn məlumatlardan belə aydın olur ki, həmin məsələdə qanun pozuntuları da var”. Bunu yol hərəkəti qaydaları üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib. O bildirib ki, cərimələri 3.4 "Yük avtomobillərinin hərəkəti qadağndır" nişanının tələbini pozmaya görə yazırlar: “Prezidentin 1 fevral 2006-cı il № 1255 Sərəncamını və Yol hərəkəti təhlükəsizliyi komissiyasının Bakıya yük avtomobillərinin girişini məhdudlaşdırmaq barədə məlum qərarını da nəzərə alsaq, bu 3.4 nişanını icazə verilən maksimal kütləsi 5 tondan artıq yük avtomobillərinə aid olmaqla (üstündə "5 t" yazılmaqla) və qadağan olunmuş müddət də (8.00-21.00, 7.00- 21.00 və ya 7.00- 20.00 aralığı) göstərməklə tətbiq etmək lazımdır. Belə olduqda həmin nişanların qoyulduğu yol sahəsinə daxil olan icazə verilən maksimal kütləsi 5 tondan artıq yük avtomobillərinin sürücləri cərimələnə bilər. Belə nişan olmayan küçələrdə və prospektlərdə isə heç kəsə cərimə yazıla bilməz. Bu qadğa şəhərdən çıxışa aid olmadığı üçün şəhərdən çıxanlara da cərimə yazıla bilməz. Ayrıca bir problem də bu məhdudiyyətin hamıya aid olmamsı, kimlərinsə ürəyi istədiyi vaxt şəhərdə hərəkət edə bilməsidir”.
Ərşad Hüseynov deyib ki, hazırda qüvvədə olan qanunvericilikdə məhdudiyyət vaxtı şəhərə buraxılışın hansı əsasla, nə səbəbdən, hansı sənədlərlə və kimə verilə bilməsi nəzərdə tutulmur. Yəni bu məsələ hüquqi olaraq tənzimlənməmiş qalır.
Emin
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












