Yük maşını ilə arxadan toqquşma zamanı ölüm buna görə baş verir - VİDEO

“Hyundai” şirkəti maraqlı test keçirib. Testdən belə aydın olur ki, bəzi yük avtomobillərində arxa mühafizə qurğusu varmış kimi quraşdırılır. Əslində isə standarta uyğun olmalıdır və kifayət qədər möhkəm dayaqlar əsasında yük maşınına bərkidilməldiir ki, arxadan dəyən minik maşınları yük maşınının altına girməsin. Çünki testdən də aydın şəkildə görsənir ki, minik maşını yük maşını ilə arxadan toqquşduqda mühafizə qurğusunu sındırıb maşının altına girəndə ölüm və xəsarət qaçılmazdır. Amma arxa mühafizə qurğusu möhkəm olsa, o zaman minik maşını nə qədər yüksək sürətlə dəysə də, geriyə atılır. Yaranmış elastiklik onu geriyə atır və bu da maşında olan sürücü və sərnişinlərin yüngül xəsarəti ilə nəticələnir. Bir sözlə, yük maşınlarında arxa mühafizə qurğusu qəza zamanı ölüm və xəsarət hallarının qarşısını alır. Belə qurğuları quraşdırmadan idarə edilən yük maşınları Azərbaycanda da çoxdur. Ümid edirik ki, bu görüntülərdən sonra onlar da öz avtomobillərinə mühafizə qurğusu quraşdırmış olacaqlar. Formal olaraq belə qurğu quraşdıranlar isə onun möhkəmliyinə və standarta uyğunluğuna diqqət etsinlər. Əks halda, bu cür qurğuların olmamasına görə İnzibati Xətalar Məcəlləsində 50 manat cərimə nəzərdə tutulur.
Elməddin
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










