Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi - FOTO

“SOCAR Petroleum” QSC-də yeni təyinat baş tutub.
Əfqan Noçuyev QSC-nin İnsan resursları departamentinin Əmək münasibətlərinin idarəedilməsi şöbəsinin müdiri təyin edilib.
O, yeni təyinatadək Təhlükəsizlik departamentində baş mütəxəssis vəzifəsində çalışıb. 2023-cü ildən QSC-də işə başlayan Noçuyev əvvəllər Daxili nəzarət və monitorinq şöbəsinin böyük inspektoru vəzifəsində işləyib.
O, 2015-2023-cü illərdə İqtisadiyyat Nazirliyində, 2012-2015-ci illərdə isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində çalışıb.
Qeyd edək ki, Ə.Noçuyev Vətən Müharibəsi Qəhrəmanı, şəhid Surxay Noçuyevin qardaşıdır.
Məlumat üçün bildirək ki, “SOCAR Petroleum” QSC 2008-ci ildə təsis edilib və Azərbaycan ərazisində “SOCAR” brendi altında neft və qaz məhsullarının alqı-satqısını, eləcə də beynəlxalq standartlara uyğun keyfiyyətli təchizat xidmətini həyata keçirir./Yurd.Media/

Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR
Təzə asfalt niyə yenidən kəsilir? - AAYDA-dan izah - VİDEO












