Ağacların gizlətdiyi nişanlar cərimələrə və qəzalara səbəb olur - SÜRÜCÜLƏR NARAZIDIR - VİDEO

Yol kənarlarında yerləşən ağacların budaqları bir çox hallarda yol nişanlarını tam və ya qismən görünməz hala salır. Bu hal xüsusilə yaz və yay aylarında, ağacların sıx budaqlanması dövründə daha çox müşahidə olunur. Təbriz və Bakıxanov küçələri, Qara Qarayev prospekti və bir sıra başqa ünvanlarda analoji vəziyyət yaranıb. Nəticədə, sürücülər üçün vacib olan xəbərdarlıq və məlumatlandırıcı nişanlar vaxtında görünmür. Bu isə həm yol hərəkətinin təhlükəsizliyinə, həm də qəza riskinə, həm də sürücülərin cərimələnməsinə birbaşa təsir edir.
Bununla bağlı sürücülər arasınd sorğu keçirdik. Nəqliyyat vasitələrinin idarəçiləri düşünür ki, uzaqdan yoldakı nişanı görmək mümkün olmadığı üçün öncədən planlama etmək, istiqamət almaq mümkün olmur:

Mövzu ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi Avtosfer.az saytına açıqlamasında bildirib ki, Bakı şəhərinin yaşıllaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində şəhərin park və istirahət bağları, küçə və yol kənarlarında mövcud ağaclara gündəlik qulluq göstərilir, mütəmadi olaraq ağacların qurumuş, təhlükə yaradan budaqları budanır, sınmış və qurumuş ağacların yerinə yeniləri əkilir, gündəlik suvarılma işləri həyata keçirilir.
"Yaz-yay aylarında küçə və yol kənarlarındakı ağaclarda böyük inkişaf var. Ağacların inkişaf dövründə ağacların budaqları yaxınlıqda quraşdırılan bəzi işiqfor və yol nişanlarının qarşısını örtür, bu da öz növbəsində sürücülər və piyadalar üçün müəyyən çətinliklər yaradır.
Bununla bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən şəhərdə mütəmadi olaraq monitorinqlər keçirilir, problemli ünvanlar müəyyənləşdirilir və Birliyin əməkdaşları tərəfindən həmin ünvanlardakı ağaclar budanaraq işıqfor və yol nişanlarının görünməsinə mane olan hallar aradan qaldırılır.
Onu da nəzərə lazımdır ki, bu daimi prossesdir və yaşıllıqlar il boyu inkişaf etdiyindən bu kimi hallar qaçılmazdır".

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov saytımıza bildirib ki, nişanların görünməsi məhdudlaşdığı hallarda Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət göndərilir. Ağacların budanması zamanı mövcud problemlər aradan qaldırılır.
Fidan
Ağacın arxasında qalan nişan sürücülərin qayda pozmasına səbəb olur - VİDEO
STOP nişanına indi süni intellektlə nəzarət ediləcək - FOTO - VİDEO
Yolu bağladılar, amma nişanı götürmək yaddan çıxdı - VİDEO
Mehdiabadın mərkəzi yolunda sürücülər və piyadalar taleyin ümidinə qalıb - VİDEO
Sumqayıtda dayanacaqların yaxınlığında yol nişanı quraşdırılmayıb - VİDEO
Bu tuneldə qaydalar dəyişdi: Sol zolaqla düzünə gedən sürücülər cərimələnəcək - VİDEO
Bu parklanma yerində dayanmayın! - Ağacın arxasında sizi sürpriz gözləyir - VİDEO
Nişanlar elə quraşdırılıb ki, sürücülər qayda pozmağa məcbur qalırlar - CƏRİMƏLƏR YAZILIR - VİDEO
Bakının bir neçə ünvanında parklanma yerlərinin bəzi hissələri ləğv edildi - FOTOLAR
Bu keçiddə piyada olmasa da cərimə yazıla bilər - Gülməli vəziyyət - VİDEO
Laçında yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib - FOTOLAR










