Bakıda gözdən əlillərin yoluna kanalizasiya lüklərini kim yerləşdirib? - VİDEO

Ölkə başçının tapşırıqları əsasında Azərbaycanın əksər iri şəhərlərinin piyadayönümlü olması istiqamətində aidiyyəti qurumlar tərəfindən müxtəlif addımlar atılır. İçərişəhər ərazisində vətəndaşların, yerli və xarici turistlərin rahatlıqla hərəkətini təmin etmək üçün İstiqlaliyyət və Əziz Əliyev küçələrində hərəkət məhdudlaşdırıldı, qoruğun ərazisinə yalnız müəyyən avtomobillərin girişinə icazə verildi.
Eləcə də, Xəqani bağı adlanan ərazi əvvəllər taksilərin, həmçinin ərazidə işləyən sahibkarların avtomobillərinin duracağına çevrilmişdi. Son təmir və bərpa işlərindən sonra keçmiş “Malakan” parkı yeni görkəmilə vətəndaşların rahat şəkildə gəzməsi üçün dizayn edildi.
Paytaxtda bu cür müsbət addımlar ölkəmizdə tezliklə keçiriləcək COP29 beynəlxalq konfransına gələn qonaqların şəhərimizə valeh olması ilə yanaşı, sakinlərin də görülən işlərdən razılığı, müsbət rəyi ilə nəticələnir. Lakin şəhərin mərkəzinə bir az uzaq olan küçə və prospektlərlə bağlı eyni fikirləri bildirmək çətindir. Şəhərin bu hissələrində qaydalara "yarım-yamalaq" riayət edilməsi, şəhərsalma və yol infrastrukturunda nöqsanların olması vətəndaşların yaralı yerinə çevrilib.
Avtosfer.az xəbər verir ki, Bakının Nəsimi rayonu şəhərin gözdən əlil sakinlərinin sıx yaşadığı ərazilərindən biridir.
Belə ki, rayonun Hənifə Ələsgərov küçəsində başlayan gözdən əlillərin hərəkəti üçün nəzərdə tutulan sarı xətt Mərdanov qardaşları küçəsi ilə kəsişməyə qədər qaydalara uyğun şəkildə çəkilib. Kəsişmədəki işıqforun altında isə xətt qəfil (gözdən əlil vətəndaşlar üçün) yoxa çıxır. Həmin xəttin bitdiyi yerin qarşısında isə 2 ədəd kanalizasiya lükü yerləşdirilib, həm də səkidən 10-15 santimetr hündür olacaq şəkildə.

Bununla yanaşı ərazidə gözdən əlil vətəndaşların sıx yaşamasına baxmayaraq, qeyd edilən küçələrin kəsişməsində quraşdırılan işıqforların heç birində xəbərdaredici, məlumatlandırıcı səs effekti də quraşdırılmayıb. Bir sözlə, həmin fiziki məhdudiyyətli vətəndaşlara, “evdən çıxdın, get məhəllədə bir dövrə vur, təzədən evə qayıt” – deyə, mesaj da verməyə çalışıblar.

Məsələ sosial şəbəkələrdə müzakirə edildikdən sonra əməkdaşımız həmin ərazidə olub və çəkiliş aparıb. Görünən mənzərə odur ki, bu cür fiziki vətəndaşların paytaxt küçələrində təkbaşına hərəkətinə maneə yaratmaq üçün bütün şəhərsalma qaydaları pozulub.
Əməkdaşımızın Hənifə Ələsgərov və Mərdanov qardaşları küçələrindən çəkdiyi və şərh etdiyi həmin görüntüləri sizə təqdim edirik:
Səfər
Ağacın arxasında qalan nişan sürücülərin qayda pozmasına səbəb olur - VİDEO
STOP nişanına indi süni intellektlə nəzarət ediləcək - FOTO - VİDEO
Yolu bağladılar, amma nişanı götürmək yaddan çıxdı - VİDEO
Mehdiabadın mərkəzi yolunda sürücülər və piyadalar taleyin ümidinə qalıb - VİDEO
Sumqayıtda dayanacaqların yaxınlığında yol nişanı quraşdırılmayıb - VİDEO
Bu tuneldə qaydalar dəyişdi: Sol zolaqla düzünə gedən sürücülər cərimələnəcək - VİDEO
Bu parklanma yerində dayanmayın! - Ağacın arxasında sizi sürpriz gözləyir - VİDEO
Nişanlar elə quraşdırılıb ki, sürücülər qayda pozmağa məcbur qalırlar - CƏRİMƏLƏR YAZILIR - VİDEO
Bakının bir neçə ünvanında parklanma yerlərinin bəzi hissələri ləğv edildi - FOTOLAR
Bu keçiddə piyada olmasa da cərimə yazıla bilər - Gülməli vəziyyət - VİDEO
Laçında yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib - FOTOLAR










