Bakının səki örtükləri piyadaların hərəkəti üçün yararsızdır - EKSPERT

Nəqliyyat eksperti Rauf Ağamirzəyev Bakı şəhərində səki örtüklərinin seçimi ilə bağlı mövcud vəziyyətin ciddi problemlər yaratdığını bildirib.
Avtosfer.az xəbər verir ki, ekspertin sözlərinə görə, Bakı kimi rütubətli və küləkli iqlimə malik şəhərdə səki örtükləri seçilərkən estetik görünüşdən daha çox təhlükəsizlik məsələləri ön planda saxlanılmalıdır. Rauf Ağamirzəyev qeyd edib ki, xüsusilə cilalanmış mərmər və digər sürüşkən səthlər yağışlı havalarda piyadalar üçün real risk yaradır və bu, tez-tez bədbəxt hadisələrə səbəb ola bilər.

Rauf Ağamirzəyev vurğulayıb ki, hazırda paytaxtda səki örtükləri ilə bağlı vahid yanaşma mövcud deyil. “Küçədən küçəyə örtüklərin dəyişməsi, hər ərazidə fərqli materiallardan istifadə olunması həm təhlükəsizlik baxımından qəbuledilməzdir, həm də şəhərin ümumi vizual görünüşünə mənfi təsir göstərir”, – deyə o əlavə edib.
Ekspert hesab edir ki, problemin aradan qaldırılması üçün konkret və sistemli addımlar atılmalıdır. Onun fikrincə, ilk növbədə səki örtükləri üçün sürüşməyə qarşı (anti-slip) standartlar tətbiq edilməli, şəhər üzrə vahid dizayn kodu müəyyənləşdirilməli və iqlim şəraitinə uyğun materiallardan istifadə məcburi xarakter almalıdır.
Bununla yanaşı, o qeyd edib ki, hazırda risk yaradan ərazilər mərhələli şəkildə yenilənməli, xüsusilə intensiv piyada hərəkəti olan zonalarda təhlükəsizlik səviyyəsi artırılmalıdır.
Rauf Ağamirzəyevin deyir ki, şəhər mühiti ilk növbədə piyadalar üçün əlçatan və təhlükəsiz olmalıdır: “Təhlükəsiz və keyfiyyətli piyada infrastrukturu seçim deyil, bu, birbaşa zərurətdir".
Eltac Zülfüqaroğlu
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












