Bəzi cərimələrə görə bal ləğv edilir? – MÜHÜM AÇIQLAMA

Son dövrlər sürücülərə tətbiq olunan cərimələr və cərimə balları ilə bağlı narazılıqlar geniş müzakirə olunur. Xüsusilə 20 ballıq limitin sürücülər üçün ciddi problem yaratdığı bildirilir. Ən çox narazılıq isə gündəlik sükan arxasında olan taksi sürücüləri arasında müşahidə edilir. Onlar bildirirlər ki, intensiv hərəkətdə olduqları üçün qısa müddətdə bal limitinə yaxınlaşır və bu da sürücülük hüququnun məhdudlaşdırılması riskini artırır. Vətəndaşlar hesab edirlər ki, bal limiti artırılmalı və ya cərimə tətbiq edilən hallarda əlavə olaraq balın yazılması ləğv edilməlidir.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, bal məsələsi ilə bağlı narazılıq artıq pik həddədir.
![]()
E.Muradlı deyib ki, bu barədə xüsusilə taksi sürücülərinin narazılıqları böyükdür: “Vətəndaşlar çox ciddi şəkildə narazıdırlar və bu, başa düşüləndir. Çünki əsas ballar dayanma-durma məsələsi və ya avtobus zolağı ilə bağlıdır, bunu hansısa formada yoluna qoymaq lazımdır. Başa düşürük, avtobus zolağına daxil olmaq olmaz, amma burada saat məsələsinə yenidən baxsaq, daha yaxşı olar. Hazırda dayanma-durmaya görə bal tətbiqi ciddi problem yaradır. Təsəvvür edin avtobus dayanacağına 15 metr qalmış parklanmaya görə 40 manat və 2 bal, piyada keçidinə, yol ayrıcına beş metr qalmış 40 manat və 2 bal, səkidə parklanma 60 manat və 2 bal, ikinci cərgədə dayanma-durmaya görə 80 manat və 2 bal cərimə tətbiq olunur. Təəssüf edirəm ki, parlamentdə bu məsələ müzakirə olunarkən deputatlardan kimsə buna etiraz etmədi və hamısı da düyməni basdı ki, qəbul olunsun. Qəbul olunub, indi də onların özləri də əziyyətini çəkirlər. Bir çoxlarının sürücüləri, yaxınları, seçiciləri artıq narazılıq edirlər. Dayanma-durmaya görə bal nədir? Bunu haradan götürüblər? O ölkələr götürür ki, onun şəhərində güclü ictimai nəqliyyat var, avtomobilləşmə yüksək səviyyədə deyil, insanlar bütün günü avtomobillərdən asılı halda deyil, ictimai nəqliyyatdan daha çox istifadə edirlər... Normal şəhər mühiti, parklanma şəraiti var. Bizdə hər yerdə bina tikilib, parklanma yeri məhdud, səkilər, həyətlər dolu, hamı maşından asılı vəziyyətdə qalıb. Normal ictimai nəqliyyat hələlik hamı üçün əlçatan deyil. Belə olan vəziyyətdə də dayanma-durma ilə bağlı cərimələrə əlavə bal da yükləmək problem yaradıb. Çox insanların sürücülük hüququ məhdudlaşdırılıb, bəziləri artıq, risk qarşısındadır, məhdudiyyətə getmək üzrədir. Bildiyim qədərilə Milli Məclisə artıq belə bir müraciət daxil olub, məsələ gündəmə gələ bilər ki, həllini tapsın və dayanma-durma ilə bağlı ballar ləğv edilsin. Çünki taksi sürücülərinin probleminin əksəriyyəti məhz bununla bağlıdır”.
Bakının bir neçə ünvanında parklanma yerlərinin bəzi hissələri ləğv edildi - FOTOLAR
Bu keçiddə piyada olmasa da cərimə yazıla bilər - Gülməli vəziyyət - VİDEO
Laçında yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib - FOTOLAR
Bu yol nişanları motosiklet qəzalarını azaltmağa kömək edir – EKSPERT - FOTO
“Prius” sürücüsündən təhlükəli manevr; körpüdə əks istiqamətə çıxdı – VİDEO
Bu küçədə avtobus zolağına girmək olar, yoxsa yox? – Ekspert aydınlıq gətirdi – VİDEO
Zolaqların dalğavari təşkili nəyə xidmət edir? – Ekspert AÇIQLADI
Bu küçənin hər iki tərəfinə nişan quraşdırıldı - DAYANANLAR CƏRİMƏLƏNƏCƏK - VİDEO
Bu küçədəki nişanlama çaşqınlıq yaradır? - AYNA-dan AÇIQLAMA
Maşını darvazanın önündə saxlayan sakin hər dəfə cərimələnir - VİDEO
Bu zolaqlara daxil olan maşınlar cərimələnəcək - Bu gündən










