Bu işıqfora görə Binəqədidə uzunmüddətli tıxac yaranır - VİDEO

Paytaxtın Cəfər Xəndan küçəsi ilə Azadlıq prospektinin kəsişməsində sürücülər uzun müddətdir davam edən tıxac və nizamsızlıqdan şikayətlənirlər. Onların sözlərinə görə, bu ərazidəki işıqfor düzgün tənzimlənmədiyindən səhər saatlarında xaos yaranır.
Avtosfer.az xəbər verir ki, Binəqədi rayonunda, xüsusilə 8-ci mikrorayon istiqamətindən gələn avtomobillər üçün yaşıl işıq daha qısa müddət yanır. Nəticədə həmin istiqamətdən gələn sürücülər, xüsusən də Ziya Bünyadov prospekti istiqamətinə (keçmiş "Karl Marks" dairəsi tərəfə) dönmək istəyənlər tələskənlik göstərir və eyni anda hərəkət etməyə çalışırlar.
Bu zaman “Lukoil” yanacaqdoldurma məntəqəsi tərəfdən düzünə hərəkət edən avtomobillərin yolu bağlanır və nəticədə həm həmin tərəfdə, həm də qarşı zolaqlarda hərəkət ləngiyir.
Sürücülər bildirirlər ki, problem uzun müddətdir davam edir və səhər pik saatlarında vəziyyət daha da gərginləşir. Onlar aidiyyəti qurumlardan işıqforun vaxt intervallarının yenidən tənzimlənməsini və hərəkət axınının düzgün şəkildə koordinasiya olunmasını tələb edirlər.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov Avtosfer.az-a bildirib ki, paytaxt yollarında işıqforların iş rejimi və vaxt planı hərəkət axınına əsasən tənzimlənir:
"Bu zaman yoldan keçən piyadaların və hərəkətdə olan nəqliyyat vasitələrinin intensivliyi əsas götürülür. Qeyd olunan yolda da svetoforların iş rejimi və vaxt planı ilə bağlı problem yoxdur".
Eltac Zülfüqaroğlu
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












