Bu kəsişmədə sürücülər qaydanı açıq-aşkar pozur: Nişanı saymayıb yolu iflic edirlər - VİDEO

Paytaxtın Yusif Səfərov və Nizami küçələrinin kəsişməsində sürücülər kütləvi şəkildə yol hərəkəti qaydalarını pozurlar. Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videogörüntü göndərib. Kadrdan aydın görünür ki, 99-QR-026 dövlət nömrə nişanlı “Changan”, 77-FV-602 nömrəli “KIA” və 77-MH-211 nömrəli “Lixiang” markalı avtomobillərin sürücüləri 4.1.1 – düzünə hərəkət nişanını nəzərə almadan geriyə dönüş manevri edirlər.
Bu qayda pozuntusu nəticəsində onlar həm qarşıdan gələn nəqliyyatın, həm də düzünə hərəkət edən sürücülərin yoluna mane olur və ərazidə süni tıxac yaradırlar. Şikayətçinin sözlərinə görə, həmin nöqtədə praktiki olaraq hər gün eyni vəziyyət təkrarlanır.
Xatırladaq ki, 4.1.1 nişanı olan yerdə geriyə dönüş etmək qadağandır. Belə manevr həm qəzaya səbəb ola, həm də yolun hərəkət intensivliyini ciddi şəkildə poza bilər. Sürücülərin nişanların tələbini nəzərə alması həm təhlükəsizliyi təmin edir, həm də ümumi yol mədəniyyətini qorumağa xidmət edir.
Nərmin
Dairədə yarımçıq çəkilmiş “zebra” piyadaları çətin vəziyyətdə qoyur - VİDEO
Əlli santimetrlik küçədə svetofor var - FOTO
Bu nişanı görəndə çaş-baş qalan sürücülərin diqqətinə! – Mütləq izləyin - VİDEO
Bu zolağa girən "yandı": Nə düz getmək olur, nə də sola dönmək - VİDEO
Dairədə “Yol ver” nişanına baxmayan sürücü qəzaya səbəbə oldu – REAL VİDEO
Sürücüləri çaşbaş salan nişan - Qırmızıda keçmək olar - VİDEO
Keçiddə nişanlardan birinin olmaması piyadaların həyatına təhlükə yaradır - VİDEO
Avropada avtobus zolağını bildirən nişanın nə olduğunu bilirdiz? - FOTOSESSİYA
Bakının səki örtükləri piyadaların hərəkəti üçün yararsızdır - EKSPERT
Bazara gələnlər məhəlləni zəbt edir, sakinlərin maşını “mühasirədə” qalır - VİDEO
"Bakıda xəbərdarlıq nişanı qoyulmadan yola düzülən konus qəza şəraiti yaradıb" - VİDEO








