Bu küçədə nişan dəyişib, amma sürücülər hələ də qayda pozurlar - DİQQƏTLİ OLUN! Kamera çəkir.. - VİDEO

Paytaxtın Xətai rayonu, Üzeyir Hacıbəyli küçəsində qayda pozan sürücülər görüntülənib.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib. Videodan da göründüyü kimi, 99-HA-862 dövlət nömrə nişanlı “Volkswagen” markalı avtomobilin sürücüsü düz xəttin tələbini pozaraq sola manevr edib. Bu vaxt o, həmin zolaqdakı maşına qəza şəraiti yaradıb. Şikayətçinin sözlərinə görə, bu xətanı törədən sürücülər təhlükə yaratmaqla yanaşı arxadan gələn nəqliyyat vasitələrinin hərəkətini də məhdudlaşdırırlar. Nəticədə ərazidə lüzumsuz tıxac yaranır.
Qeydə alınmış digər kadrda isə 10-BJ-090 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Belə ki, o, yeni quraşdırılmış düzünə məcburiliyini bildirən nişana əhəmiyyət vermədən sola manevr edib. Nəticədə görüntünü qeydə alan sürücünü sıxışdıraraq qəza şəraiti yaradıb.
Qeyd edək ki, Yusif Səfərov küçəsiylə hərəkətdə olan sürücülər Üzeyir Hacıbəyli küçəsinin sağ kənar yoluna daxil ola bilməzlər. Çünki sözügedən ərazidə lüzumsuz tıxacın qarşısını almaq üçün bir neçə ay öncə sola - mərkəz hissəyə manevr etməyi qadağan edən nişan quraşdırılıb. Lakin bir qisim sürücülər hələ də nişanı heçə sayaraq qayda pozurlar.
Xatırladaq bununla bağlı saytımızda da bir müddət əvvəl xəbər dərc olunaraq sürücülərə xəbərdarlıq edilmişdi.
Nərmin
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












