Bu nişanı görəndə çaş-baş qalan sürücülərin diqqətinə! – Mütləq izləyin - VİDEO

Paytaxt yollarında son aylarda tez-tez rast gəlinən 5.53 (Yol verməklə sağa dönmək olar) yol nişanı sürücülər arasında müəyyən çaşqınlıq yaradıb. Halbuki bu nişan yeni deyil və uzun müddətdir mövcuddur. Sadəcə olaraq, son dövrlər Bakı küçələrində daha geniş şəkildə tətbiq olunmağa başlanılıb.
Avtosfer.az xəbər verir ki, sözügedən nişanın qəfil və geniş şəkildə quraşdırılması bəzi sürücülər tərəfindən düzgün anlaşılmır. Bu isə xüsusilə intensiv hərəkət olan ərazilərdə süni tıxacların yaranmasına səbəb olur. Sürücülər nişanın tələblərinə tam bələd olmadıqları üçün hərəkət zamanı tərəddüd edir, nəticədə nəqliyyat axını ləngiyir.
Məlumata görə, 5.53 nişanları paytaxtın bir neçə əsas nöqtəsində quraşdırılıb. Bunlara Məhəmməd Hadi küçəsi, İnqilab İsmayılov küçəsi ilə Zığ şosesinin kəsişməsi (Şamaxinka kimi tanınan ərazi), eləcə də Tbilisi prospekti ilə Əbdülvahab Salamzadə küçəsinin kəsişməsi daxildir.
Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu nişanla bağlı təbliğat işi ciddi şəkildə aparılmalıdır ki, sürücülər onun nə məqsədlə tətbiq edildiyini düzgün başa düşsünlər: “Məsələn, svetoforlarda əlavə yaşıl bölmələrin tətbiqi ilə bağlı da oxşar vəziyyət müşahidə olunur. Bəzi kəsişmələrdə sağa dönmək üçün daimi yaşıl işıq (əlavə bölmə) quraşdırılır. Lakin sürücülərin böyük əksəriyyəti bu qaydanı tam bilmir.

Qaydaya görə, əgər svetoforun əsas bölməsinin yanında sağa dönmək üçün daimi yaşıl bölmə yanırsa, bu zaman əsas siqnal üzrə hərəkət edən nəqliyyat vasitələri üstünlüyə malik olur. Yəni sağa dönən sürücü digər istiqamətdən gələn nəqliyyat vasitələrinə yol verməlidir.
Təəssüf ki, bəzi sürücülər bunu yanlış anlayır və üstünlüyün özlərində olduğunu düşünürlər. Bu isə yolayrıcılarında çaşqınlıq yaradır və qəza riskini artırır”.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bu məsələ ilə bağlı açıqlamasında bildirib ki, 5.53 yol nişanının tətbiqi şəhərdə nəqliyyat axınının daha səmərəli təşkili məqsədi daşıyır.
Qurum qeyd edib ki, bu nişan sürücülərə işıqforun qırmızı işığı yandığı halda belə, piyadalara və digər nəqliyyat vasitələrinə yol vermək şərti ilə sağa dönməyə icazə verir.
AYNA-nın açıqlamasına görə, tətbiqin əsas məqsədi yolayrıclarında sıxlığın azaldılması, gözləmə vaxtının minimuma endirilməsi və ümumi buraxıcılıq qabiliyyətinin artırılmasıdır. Bununla yanaşı, qurum sürücüləri yol nişanlarının tələblərinə diqqətlə əməl etməyə və xüsusilə piyadaların təhlükəsizliyini daim prioritet saxlamağa çağırıb.
Eltac Zülfüqaroğlu
Xırdalanda təhlükəli piyada keçidləri: Aidiyyəti qurumlar nəyi gözləyir? - VİDEO
Yasamala quraşdırılmış bu nişana heç kim əməl etmir: Səbəbi budur - VİDEO
Ağacın arxasında qalan nişan sürücülərin qayda pozmasına səbəb olur - VİDEO
STOP nişanına indi süni intellektlə nəzarət ediləcək - FOTO - VİDEO
Yolu bağladılar, amma nişanı götürmək yaddan çıxdı - VİDEO
Mehdiabadın mərkəzi yolunda sürücülər və piyadalar taleyin ümidinə qalıb - VİDEO
Sumqayıtda dayanacaqların yaxınlığında yol nişanı quraşdırılmayıb - VİDEO
Bu tuneldə qaydalar dəyişdi: Sol zolaqla düzünə gedən sürücülər cərimələnəcək - VİDEO
Bu parklanma yerində dayanmayın! - Ağacın arxasında sizi sürpriz gözləyir - VİDEO
Nişanlar elə quraşdırılıb ki, sürücülər qayda pozmağa məcbur qalırlar - CƏRİMƏLƏR YAZILIR - VİDEO
Bakının bir neçə ünvanında parklanma yerlərinin bəzi hissələri ləğv edildi - FOTOLAR










