Bu yolda hərəkətin təşkilində dəyişiklik edilir - Sağa dönmək olacaq - RƏSMİ - VİDEO

Bakıda Biləcəri enişi, Yahya Hüseynov və Rəşid İsmayılov küçələrinin kəsişməsində sürücülərin hərəkət istiqamətində dəyişiklik edilib.
Avtosfer.az xəbər verir ki, bunu AYNA-nın Yol hərəkətinin təşkili şöbəsinin müdiri Samir Məhərrəmov bildirib. Qeyd edib ki, əvvəllər həmin ərazidə nişan var idisə də, sağa dönmə istiqaməti və xətlərin yenilənməsindən sonra sürücülərin yalnız sağa dönməsi məcburi olub, düzünə hərəkət qayda pozuntusu sayılır.
Samir Məhərrəmov əlavə edib ki, vətəndaşlardan daxil olan müraciətlər əsasında layihənin icrasına başlanıb. Sürücülərin körpünün altından Bakıya qayıtması ilə bağlı əvvəlki çaşqınlıq aradan qaldırılıb və artıq həmin istiqamət üzrə nəqliyyatın hərəkətinə düzgün nizam verilib.
AYNA rəsmisi bildirib ki, “Ekologiya postu”nun üstünlük olan istiqaməti də nəzərə alınaraq sürücülər yalnız icazə verilmiş yoldan istifadə edəcək. Əraziyə svetofor quraşdırılması işləri isə yaxın 2-3 həftə ərzində başa çatdırılacaq.
Müvafiq dəyişikliklərin tətbiqi ilə sürücülər üçün təhlükəsiz hərəkət şəraiti yaradılır və yol-nəqliyyat hadisələrinin riskinin azaldılması nəzərdə tutulur.
Eltac Zülfüqaroğlu
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












