Magistral yollarda yan-yana nişanlar quraşdırılır - Səbəb nədir? - FOTO

Sosial şəbəkələrdə belə bir görüntü paylaşılıb ki, Bakı-Qazax yolunda Gəncə istiqamətində yol nişanlarınının iki-iki yerləşdirilməsi vətəndaşlarda çaşqınlıq yaradıb.
İddia olunub ki, eyni nişanın yanında başqa bir yeni nişan da quraşdırılır və bu, sürücülər arasında sual yaradır ki, görəsən nə baş verir?
Məsələ ilə bağlı Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, ölkə rəhbərliyinin tapşırığı əsasında respublika üzrə bütün magistral yolların kənarında nişanlar dəyişdirilir. Dəyişdirilmə prosesi bir neçə qurum tərəfindən həyata keçirilir. Yəni, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi yeni nişanları quraşdırıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi isə köhnə nişanları çıxarmalıdır. Ola bilsin ki, proses zamanı müəyyən gecikmələr baş verir və nəticədə, belə bir mənzərə ortaya çıxır. Ancaq ümumilikdə proses tam nəzarət altında həyata keçirilir.
Yeni nişanlar quraşdırıldıqca köhnələrini kəsib ərazidən götürürlər. Yeni nişanların quraşdırılması yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi baxımından olduqca əhəmiyyətlidir. Yeni nişanlar müasir standartlara tam cavab verir.
Səfər
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO













