Nişanlar elə quraşdırılıb ki, sürücülər qayda pozmağa məcbur qalırlar - CƏRİMƏLƏR YAZILIR - VİDEO

Bakıda yol nişanı ilə nişanlanma xətti arasında ziddiyyət olduğu iddiası ilə bağlı sürücülərdən biri redaksiyamızın qaynar xəttinə müraciət edib. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın İnşaatçılar prospekti ilə Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsindən gedir.
Sürücünün sözlərinə görə, yolayrıcı qarşısında quraşdırılmış 4.1.4 məcburi düzünə və sağa hərəkəti bildirən nişanla asfalt üzərində çəkilmiş 1.18 nişanlanma xəttinin birgə tətbiqi sürücülərdə çaşqınlıq yaradır. Videodan da görünür ki, zolaqlar üzrə hərəkət istiqamətini göstərən nişanlanma xətti yolun üzərində çox yaxın məsafədə təkrarlanıb.
Nəticədə sürücü ilk nişanlanma xəttini gördükdən sonra intensiv nəqliyyat axını səbəbindən zolağını dəyişmək imkanı tapa bilmir. Məsələn, sağ zolaqla hərəkət edən sürücü həmin zolaqda hərəkətin yalnız sağa təşkil edildiyini görən anda sol zolağa keçməsi mümkünsüz olur. Bu səbəbdən bəzi sürücülər düzünə hərəkəti davam etdirməyə məcbur qalırlar. Onların sözlərinə görə, belə hallarda qarşıda xidmət aparan yol polisi əməkdaşları tərəfindən inzibati məsuliyyətə cəlb olunurlar.
Qeyd edək ki, 1.18 nişanlanma xətti sürücülərin vaxtında məlumatlandırılması üçün adətən 2-3 dəfə təkrarlanmalıdır. Bununla yanaşı, nişanlanma xətti elə məsafədə tətbiq edilməlidir ki, sürücülər onu əvvəlcədən görərək zolaqlar üzrə düzgün yerləşə bilsinlər. Qanunvericiliyə görə, 1.18 nişanlanma xəttinin məcburi hərəkət istiqamətini bildirən nişanlarla birlikdə tətbiqi məqsədəuyğun hesab edilmir. Bu nişanlanma xətləri 5.8.1 zolaqlar üzrə hərəkət istiqamətlərini göstərən məlumatverici nişanlarla birlikdə tətbiq olunmalıdır.
Fərid
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












