Qəbələdə yol nişanı ilə bağlı narazılıq - Sakinlərin şikayəti cavabsız qalıb - VİDEO

Qəbələ şəhərinin 28 May küçəsində, Mərkəzi Cümə Məscidinin qarşısında quraşdırılmış yol nişanı sakinlərin narazılığına səbəb olub.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-a müraciət edərək “Whatsapp” vasitəsilə video göndərib. Məlumata görə, dayanma və durmanı qadağan edən nişan yolun sol tərəfində yerləşdirilib. Bu isə həmin istiqamətdə fəaliyyət göstərən ticarət obyektlərinin sahiblərinə çətinlik yaradır — yükdaşıma və malların boşaldılması mümkünsüz hala gəlib.
İzləyici bildirib ki, bu vəziyyət sürücülər üçün də narahatlıq doğurur. Sərnişin mindirən və ya düşürən avtomobillər nişanın təsir zonasında dayana bilmədiyindən qayda pozuntusu riski yaranır.
Kadrlardan göründüyü kimi, yolun sağ tərəfində dayanma və durmanı qadağan edən nişan yoxdur. Şikayətçi bildirib ki, bu hissədə avtomobillər mütəmadi park edildiyi üçün digər hərəkət iştirakçılarının həmin tərəfdə dayanması mümkünsüz olur. Eyni zamanda sağ tərəfdə səkinin olmaması piyadaların avtomobillərlə eyni yolda hərəkət etmələrinə gətirib çıxarır. Bu isə həm piyadaları, həm də sürücüləri təhlükəyə atır.
Şikayətçi qeyd edib ki, nişanın sağ tərəfə köçürülməsi üçün aidiyyəti qurumlara müraciət olunub, amma hələ cavab verilməyib.
Nərmin
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












