Sumqayıtda dayanacaqların yaxınlığında yol nişanı quraşdırılmayıb - VİDEO

Sumqayıt şəhərinin nəqliyyat sistemindəki çatışmazlıqlar artıq şəhər camaatının da ciddi narazılığına səbəb olur.
Avtosfer.az-ın sosial şəbəkə hesabına daxil olan şikayətdə vətəndaş bildirir ki, şəhərin əksər ərazilərində dayanacaq problemi yaşanır. Avtobusların dayandığı bir sıra ərazilərdə pavilyonlar təşkil edilməyib. Mövcud olan dayanacaqların isə yaxın həndəvərində yol nişanı quraşdırılmayıb.
Bu da özü ilə zəncirvari bir sıra problemlərə səbəb olur. Belə ki, yol nişanı olmayan və qarşısında ziqzaq xətlər olmayan pavilyonlar kənardan sadəcə satış köşkü fəaliyyəti göstərən obyekt kimi görünür. Ona görə də sürücülər dayanacağın qarşısında və yaxınlığında avtomobil saxlamaqdan çəkinmirlər.
Nəticədə, onsuz da normal fəaliyyət göstərməkdə çətinlik çəkən avtobus sürücüləri də nəqliyyat vasitələrini 2-ci cərgədə saxlayıb sərnişin mindirib-düşürməli olur. Vətəndaş bildirir ki, şəhərin əksər dayanacaqlarında vəziyyət eynidir. Yalnız mərkəzi küçələrdə bir neçə dayanacağın yaxınlığında nişan qoyulub.
Səfər
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












