Sürücülər üçün "tapmacaya" çevrilən yol: Ciddi nöqsanlar var - VİDEO

Paytaxtın Qaradağ rayonunda yol hərəkətinin təşkilindəki uyğunsuzluqlar sürücülərdə ciddi çaşqınlıq yaradır. Söhbət "Qobu Park" yaşayış kompleksinin yaxınlığında yerləşən dairədən gedir. Avtosfer.az-ın məlumatına görə, dairəyə yaxınlaşan zaman 4.3 nişanı quraşdırılsa da, ayırıcı zolaq üzərində maneəni sağdan keçməni bildirən nişan quraşdırılmayıb.
Dairəyə daxil olduqdan sonra onu sağa doğru tərk edən istiqamətdə asfalt üzərində "yol ver" nişanlaması çəkilsə də, faktiki olaraq burada heç kimə yol vermə zərurəti yoxdur. Bu isə sürücülər arasında çaşqınlıq yaradır. Eyni zamanda, dairəni sola doğru tərk edən sürücülər üçün asfalt üzərindəki "yol ver" nişanlanması düzgün tətbiq olunsa da, bunu bildirən 2.4 nişanı ümumiyyətlə quraşdırılmayıb.
Qeyd edək ki, asfalt üzərindəki "yol ver" nişanlanması 2.4 nişanı ilə birgə tətbiq edilməlidir.
Ümid edirik ki, aidiyyəti qurumlar bu uyğunsuzluqları tezliklə aradan qaldıracaq və yol hərəkətinin təhlükəsizliyini təmin edəcəklər.
Fərid
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












