19-cu əsrdə polis sürət rejiminə belə nəzarət edirdi

XIX əsrin son 20 ili avtomobil texnikasının sürətli inkişaf dövrüdür. Lakin o dövrdə həm avtomobillər, həm də yol hərəkəti indikindən fərqli idi.
Avtosfer.az xəbər verir ki, o dövrdə yolları avtomobillər yolları at, eşşək arabaları və faytonlarla bölüşürdü. Böyük şəhərdə maşının qarşısına toyuq çıxması da adi hal idi.
İlk avtomobillər çox səs-küylü olduğundan atlar hürkürdü. Buna görə də 1865-ci ildə Britaniyada, 1899-cu ildə Fransada sürət limiti tətbiq edildi.
Fransada 1899-cu ilin iyulundan tətbiq edilən qaydaya görə avtomobilin maksimal sürəti şəhərdə 20 km/saat, şəhərdən kənarda 30 km/saat müəyyən edildi. Bəs o dövrdə polis avtomobilin nsürətini məsafədən necə ölçürdü?
Təbii ki, o zaman sürətölçmə radarları yox idi. Lakin, fizika qanunlarından çoxlarının xəbəri vardı. 2 polis əməkdaşı xronometrlə (saniyəölçən) avtomobilin sürət rejimini pozduğunu təyin edə bilirdi.
Qayda bu cür işləyir: əlində xronoqraf olan polis əməkdaşı avtomobil onun yanından keçərkən cizahı işə salır. 100 metr aralıda dayanan digər polis isə avtomobili dayandırır. Normal sürətlə hərəkət edən avtomobil bu məsafəni 3 saniyədən artıq müddətə qət etməlidir. Əks halda sürət həddi aşılmış hesab edilir.
Həmin ildə məşhur idmançıya cərimə yazılır. Məlum olub ki, o, şəhərdə 40 km/saat sürətlə gedirmiş.
1950-ci illərdə xromometrlər yerini radarlara verdi.
Vüqar
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












