Banner

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar ARTIRILDI

Yol polisi 23 Sentyabr 2026 16:03
Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar ARTIRILDI
WhatsApp kanalımıza abunə olun

Daxili İşlər Nazirliyinin (DİN) balansındakı mühafizə olunan duracaqlara nəqliyyat vasitəsinin gətirilməsi və orada saxlanılması üçün haqqın məbləği müəyyənləşib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov qərar imzalayıb.

Sənədə əsasən, nəqliyyat vasitəsinin təxliyə avtomobilləri ilə duracaqlara gətirilməsi üçün 30 manat haqq tutulacaq.

Bundan başqa, avtomobillərin duracaqlarda saxlanılması üçün onların kütləsindən asılı olaraq gündəlik ödəniş müəyyən edilib.

Belə ki, kütləsi 3.5 tona qədər olan nəqliyyat vasitəsinin duracaqda saxlanılması üçün gündə 2 manat, kütləsi 3.5 tondan 10 tona qədər olan nəqliyyat vasitəsi üçün gündə 3 manat, kütləsi 10 tondan yuxarı olan nəqliyyat vasitəsi üçün isə gündə 5 manat haqq ödəniləcək.

Qeyd edilib ki, qoşqulu nəqliyyat vasitəsinin duracaqda saxlanılmasına görə həmin nəqliyyat vasitəsi üçün müəyyən edilmiş haqqın 50 faizi miqdarında əlavə ödəniş hesablanacaq.

Həmçinin mühafizə olunan duracağa gətirilmiş nəqliyyat vasitəsinin saxlanılması üçün haqq onun duracağa gətirildiyi gündən sonrakı gün saat 00:00-dan etibarən hesablanmağa başlayacaq.

Qeyd edək ki, Tarif Şurasının 12 aprel 2006-cı il tarixli qərarına əsasən, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nəzdində fəaliyyət göstərən duracaqlara nəqliyyat vasitələrinin təxliyə avtomobilləri vasitəsilə gətirilməsi və orada mühafizə olunaraq saxlanılması xidmətlərinin aşağıda göstərilən tarifləri təsdiq edilib:

№-si

Xidmətlərin adı

Ölçü vahidi

Tariflər

(ƏDV ilə manatla)

1.

Nəqliyyat vasitələrinin təxliyyə avtomobilləri vasitəsilə duracaqlara gətirilməsi

1

ədəd/reys

20

2.

Nəqliyyat vasitələrinin duracaqlarda saxlanılması

   

2.1.

Nəqliyyat vasitəsinin çəkisi 3,5 tona qədər olduqda (3,5 ton daxil olmaqla)

1 ədəd/gün

1

2.2.

Nəqliyyat vasitəsinin çəkisi 3,5 tondan 10 tona qədər olduqda (10 ton daxil olmaqla)

1 ədəd/gün

2

2.3.

Nəqliyyat vasitəsinin çəkisi 10 tondan yuxarı olduqda

1 ədəd/gün

3

Oxunub : 370
ŞƏRH YAZ
Ad

E-mail

Şərh