Azərbaycanda sürücülər çətin vəziyyətə düşdü; balı çoxalanlar yeni çıxış yolu tapdı

Son dövrlər Azərbaycanda sürücülər arasında maraqlı və bir o qədər də düşündürücü tendensiya müşahidə olunur. İnzibati cərimə ballarının 20 bal həddinə çatmasından və sürücülük hüququnun məhdudlaşdırılmasından qorxan şəxslər, törətdikləri qayda pozuntularını etibarnamə vasitəsilə başqa şəxslərin adına yönləndirirlər.
Bu mexanizmin hüquqi tərəfləri və yarada biləcəyi fəsadlar cəmiyyətdə geniş müzakirə olunur.
Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı açıqlama verərək, mövcud vəziyyəti tənqid edib və çıxış yollarını göstərib.
Ekspert hesab edir ki, bəzi cərimələrə görə tətbiq olunan ballar ümumiyyətlə yığışdırılmalıdır: "Biz bu gün sürücüləri cərimə balları ilə “asıb-kəsməklə” heç nəyi həll etmirik. Çünki biz o sürücünü peşəkar səviyyədə hazırlamamışıq. Sürücülük məktəbləri, təlimçilər ürəkaçan deyil, imtahan prosesində illərdir heç bir yenilik yoxdur. Sürücü kütləsini yalnız qorxu altında saxlamaqla yol hərəkəti təhlükəsizliyini təmin etmək olmaz. Bunun üçün ilk növbədə uyğun şərait yaradılmalıdır".
E.Muradlı şəhərdəki infrastruktur problemlərinin sürücüləri çıxılmaz vəziyyətdə qoyduğunu vurğulayıb: “Bəzi yerlərdə avtobus zolaqlarında saat 07:00-dan 23:00-a qədər qadağa var, lakin bu mexanizm tam formalaşmayıb. Sürücü bəzən dönmə bucağını düzgün tənzimləyə bilmədiyi üçün məcburən zolağa girir və cərimələnir. Şəhərdə düzgün parklanma yerləri yoxdur. Vətəndaş məcbur qalıb maşını qısa müddətlik piyada keçidinə yaxın və ya səkidə saxlayır. Nəticədə dərhal 40-60 manat cərimə və 2 bal tətbiq olunur. Sərnişin düşürmək üçün dayanan sürücüyə 5 saniyəyə görə 80 manat və 2 bal yazılır. Bu, nə dərəcədə ədalətlidir? Xüsusilə taksi fəaliyyəti ilə məşğul olan şəxslərin vəziyyəti acınacaqlıdır. Onların əksəriyyətinin 18-19 balı var və növbəti xırda bir xəta onların çörək pulundan məhrum olması deməkdir. İnsanların hüququnu əlindən almaq ən ağır tədbirdir. Məsələn, 5 dəfə qırmızı işıqdan keçmək ciddi pozuntudur, amma avtobus zolağında sərnişin götürmək üçün 3 saniyə dayanmağa görə ağır cəza vermək sivil yanaşma deyil”.
Vətəndaşların cərimə ballarını başqa şəxslərin üzərinə keçirməsinə gəlincə, E.Muradlı bunun bir məcburiyyətdən doğduğunu bildirib: "Mən bu addımı atanları qınaya bilmərəm, çünki qanunla etibarnamə verilməsinə dair bir qadağa yoxdur. Vətəndaş çıxış yolu kimi buna əl atır. Problem etibarnamədə deyil, problem vətəndaşı bu vəziyyətə salan tənzimləmələrdədir. Hazırda hər 10 sürücüdən 8-nin sürücülük hüququnun məhdudlaşdırılması təhlükəsi var. İndi sual yaranır: bizə sürücülük vəsiqəsi əlindən alınmış kütlə lazımdır, yoxsa şərait yaradılmış intizamlı sürücülər? Bu sualın cavabı hər şeyi aydınlaşdıracaq”./sfera.az
Yol polisi nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi
Yol polisimiz Rusiyada yarışa qatılıb MDB birincisi oldu - VİDEO
Özbəkistanda yol polisi “Damas”a 20 uşaq mindirən sürücünü cərimələdi
Yol polisi piyadalarla bağlı dəhşətli görüntülər yaydı - XƏBƏRDARLIQ - VİDEO
Yanvar-iyun aylarında 4 ton 318 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb - DİN
Bu ilin 6 ayı ərzində Azərbaycanda 15.420 cinayət qeydə alınıb – RƏSMİ
Vilayət Eyvazov kollegiya iclası keçirdi - 6 ayın yekunları müzakirə olundu - FOTO
DYP-dən kənd təsərrüfatı sahəsində çalışanlara XƏBƏRDARLIQ
Təhlükə ilə üzləşən velosipedçilər yol polisindən kömək istədi - VİDEO
Vilayət Eyvazov rəislərə tapşırıqlar verdi; 227 nəfəri işə götürdü - VİDEO
Cinayət işləri ilə bağlı VACİB QƏRAR: Statistik hesabatların tərtib edilməsi təkmilləşdirilir










