Bir anlıq diqqətsizlik ömürlük peşmançılığa səbəb ola bilər - DYP-dən VİDEO

Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadaların təhlükəsizliyinin təmin olunması və onların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması daim diqqət mərkəzində saxlanılır.
Avtosfer.az xəbər verir ki, bu məqsədlə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən mütəmadi şəkildə nəzarət-profilaktik tədbirlər həyata keçirilir.
Təəssüflə qeyd edilməlidir ki, aparılan maarifləndirmə və təbliğat işlərinə, mediada və sosial şəbəkələrdə mütəmadi yayılan çağırışlara baxmayaraq, bəzi piyadalar hələ də təhlükəsizlik qaydalarına məsuliyyətsiz yanaşır. Belə laqeyd davranışlar bəzən onların özlərinin, eləcə də digər hərəkət iştirakçılarının həyatı üçün faciəvi nəticələrə gətirib çıxarır.
Aparılmış təhlillər göstərir ki, piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin əksəriyyəti piyada zolaqlarının və ya yeraltı, yerüstü keçidlərin yaxınlığında, xüsusilə də sutkanın qaranlıq vaxtında baş verir. Bu isə təhlükəsizlik qaydalarına əməl olunmamasının nə qədər ciddi fəsadlar doğurduğunu bir daha təsdiqləyir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün piyadalara müraciət edərək onları yolu yalnız müəyyən olunmuş piyada keçidlərindən istifadə etməklə keçməyə, svetofor siqnallarının tələblərinə ciddi əməl etməyə, telefon və digər yayındırıcı vasitələrdən istifadə etməməyə, azyaşlı uşaqlarla hərəkət zamanı xüsusi diqqətli olmağa çağırır.
Unutmayaq ki, bir anlıq diqqətsizlik bir ömürlük peşmançılığa səbəb ola bilər.
Hər bir hərəkət iştirakçısı qaydalara əməl etməklə təkcə öz təhlükəsizliyini deyil, həm də başqalarının həyatını qoruyur.
Polis Akademiyasında yeni mərhələ; kursantlara ixtisaslaşmlış mütəxəsisslər dərs keçir - FOTOSESSİYA
Sabunçuda “Təmiz hava” aylığı; 15 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
"Ekologiya postu"nun qarşısında diqqətli olun - DYP vacib məlumat yaydı - VİDEO
Radarı keçən kimi sürəti artırırlar: DYP-dən sürücülərə XƏBƏRDARLIQ – VİDEO
DYP “Təmiz hava” aylığına start verib - VİDEO
Nəsimidə “Təmiz hava” aylığı; 30-dan çox avtomobil YOXLANILDI - VİDEO
Binəqədidə atmosferi çirkləndirən avtomobillər saxlanıldı; 10 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Qaradağda ekoloji reyd; yol polisi atmosferi çirkləndirən sürücüləri CƏRİMƏLƏDİ - VİDEO
"Sərt tormozlamadan ÇƏKİNİN!" - DYP-dən hava XƏBƏRDARLIĞI
Köməyə çatan polis əməkdaşları körpənin həyatını xilas etdi - VİDEO
DYP süni intellektəsaslı avadanlıqları nümayiş etdirdi - FOTOLAR












