Bu ilin 6 ayı ərzində Azərbaycanda 15.420 cinayət qeydə alınıb – RƏSMİ

İyulun 9-da Daxili İşlər Nazirliyində 2026-cı ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib.
İclası giriş sözü ilə açan daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov daxili işlər orqanları və Daxili Qoşunların cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində xidməti vəzifələrini layiqincə yerinə yetirdiyini bildirib.
Avtosfer.az xəbər verir ki, iclasın hesabat məruzəsində vurğulanıb ki, ötən 6 ayda əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 15.420 cinayət qeydə alınıb və onların 95,4 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən prosessual qaydada araşdırılan hüquqazidd əməllər olub, 87 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növləri təşkil edib.
2025-ci ilin 6 ayı ilə müqayisədə ümumi cinayətlər 8,6, ağır və xüsusilə ağır cinayətlər 6,5, mülkiyyət əleyhinə olanlar 15,3, onlardan oğurluqlar 11,5, dələduzluqlar 16,8, soyğunçuluqlar 8,8, quldurluqlar 44,2, hədə-qorxu ilə tələb etmələr 10,5, habelə xuliqanlıqlar 12,5, yetkinlik yaşına çatmayanların cinayətləri 15,3, ailə münaqişəsi zəminində törədilənlər 3,5, qrup halında baş verənlər 16,6 faiz, odlu silahın tətbiqi ilə törədilənlər 3 fakt, yol-nəqliyyat hadisələrinin sayı 7,6 faiz, qəzalarda xəsarət alanların sayı 19 faiz, həlak olanların sayı 9 faiz azalıb.
Cinayətlərin açılması 1,1 faiz, qeyri-aşkar şəraitdə törədilənlərin açılması 2,5 faiz, mülkiyyət əleyhinə olanların açılması 4,4 faiz, onlardan oğurluqların açılması 10,7 faiz, dələduzluqların açılması 1,2 faiz yaxşılaşıb, adam oğurluğu və avtonəqliyyat vasitəsinin qaçırılması cinayətlərinin açılması tam təmin edilib.
Səfər
"Piyada keçidlərində ləngiməyin!" - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
Polis Akademiyasında yeni mərhələ; kursantlara ixtisaslaşmlış mütəxəsisslər dərs keçir - FOTOSESSİYA
Sabunçuda “Təmiz hava” aylığı; 15 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
"Ekologiya postu"nun qarşısında diqqətli olun - DYP vacib məlumat yaydı - VİDEO
Radarı keçən kimi sürəti artırırlar: DYP-dən sürücülərə XƏBƏRDARLIQ – VİDEO
DYP “Təmiz hava” aylığına start verib - VİDEO
Nəsimidə “Təmiz hava” aylığı; 30-dan çox avtomobil YOXLANILDI - VİDEO
Binəqədidə atmosferi çirkləndirən avtomobillər saxlanıldı; 10 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Qaradağda ekoloji reyd; yol polisi atmosferi çirkləndirən sürücüləri CƏRİMƏLƏDİ - VİDEO
"Sərt tormozlamadan ÇƏKİNİN!" - DYP-dən hava XƏBƏRDARLIĞI
Köməyə çatan polis əməkdaşları körpənin həyatını xilas etdi - VİDEO












