Bu ilin 9 ayında 146 cinayətkar qrup zərərsizləşdirilib - VİLAYƏT EYVAZOV

Oktyabrın 29-da Daxili İşlər Nazirliyində 2026-cı ilin 9 ayının əməliyyat-xidməti fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib.
Avtosfer.az xəbər verir ki, iclasda çıxış edən daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov bildirib ki, hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə qeydə alınmış 22 804 cinayətin 90,5 faizinin açılması təmin edilib.
Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış cinayətlərin isə 93,7 faizi açılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin sayı 5,7 faiz azalıb. O cümlədən ağır və xüsusilə ağır cinayətlərin, qeyri-aşkar şəraitdə törədilən əməllərin, adam öldürməyə cəhdlərin, qəsdən sağlamlığa ağır və az ağır zərər vurma hallarının, mülkiyyət əleyhinə olan cinayətlərin, o cümlədən oğurluq, dələduzluq, quldurluq və hədə-qorxu ilə tələb etmə faktlarının, avtonəqliyyat vasitələrinin qaçırılması hallarının, habelə xuliqanlıqların, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən, odlu silahdan istifadə edilməklə və qrup halında baş verən hüquqazidd əməllərin sayı azalıb.
Qeyri-aşkar şəraitdə törədilən, eləcə də ağır və xüsusilə ağır cinayətlərin, əzab vermə, mülkiyyət əleyhinə cinayətlərin, o cümlədən oğurluq və dələduzluq faktlarının açılması yaxşılaşıb. Qəsdən adam öldürmə və cibgirlik cinayətlərinin açılması tam təmin olunub.
Keçmiş illərdən bağlı qalmış 294 cinayət açılıb, axtarışa elan edilmiş şəxslərin 87,2 faizi tutulub. Ağır və xüsusilə ağır cinayətlər törətmiş 402 nəfərin daxil olduğu 146 cinayətkar qrup zərərsizləşdirilib. Baş vermiş xırda talama faktlarının 87 faizi açılıb, dəymiş maddi ziyanın 85 faizi ödətdirilib.
Qanunsuz dövriyyədən 6 ton 443 kiloqram narkotik vasitə çıxarılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 ton 780 kiloqram çoxdur.
Yol-nəqliyyat hadisələrinin sayı 67 fakt, qəzalarda ölənlərin sayı 7 nəfər, xəsarət alanların sayı isə 117 nəfər azalıb.
Səfər
Bu ilin yanvar-sentyabr aylarında qəzalarda ölənlərin sayı azalıb - DİN
Vilayət Eyvazov Kollegiya iclası keçirdi; tapşırıqlar verdi - FOTOLAR
Xətaidə “Təmiz hava” aylığı; atmosferi çirkləndirənlər CƏRİMƏLƏNDİ - VİDEO
Oğuzda “Təmiz hava” aylığı çərçivəsində reyd keçirildi - VİDEO
DYP skuter sürənlərin kobud qayda pozuntularını yayıb xəbərdarlıq ETDİ - VİDEO
Vilayət Eyvazov vətəndaşları qəbul edəcək - BU ŞƏHƏRDƏ - FOTO
Xəzər rayonunda ekoloji reyd; qayda pozan sürücülər 50 MANAT CƏRİMƏLƏNDİ - VİDEO
Qusarda “Təmiz hava aylığı” çərçivəsində profilaktik tədbirlər keçirilib - FOTO - VİDEO
Suraxanıda ekoloji reyd; 9 sürücü CƏRİMƏLƏNDİ - FOTOSESSİYA
Yol polisi zabitimiz Polşada çempion olub dünya rekordunu təzələdi - VİDEO
Sərxoş sürücü qırmızı işıqda yuxuya getdi; sonra polisi hədələdi - FOTO












