DYP bu məktəbdə "Uğurlu yol" adlı tədbir təşkil etdi - FOTOLAR

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə fəaliyyət proqramına uyğun olaraq tədbir keçirilib.
Avtosfer.az xəbər verir ki, 318 nomrəli tam orta məktəbin ibtidai sinif şagirdlərinin iştirakı ilə baş tutan “Uğurlu yol“ adlı maarifləndirici tədbirdə məktəblilərə yol hərəkəti qaydaları haqqında məlumatlar verilib. Onlara yolda daha diqqətli olmaları tövsiyə edilib. Uşaqların ifasında səslənən mahnılar, rəqslər, səhnəciklər maraqla qarşılanılıb.
Tədbirin keçirilməsində məqsəd, uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirləri gücləndirmək, eləcə də uşaqlara təhlükəsiz davranış vərdişlərini aşılamaqdır.
Tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis kapitanı Pərvanə Muradova, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları, 318 nömrəli məktəbin direktoru, müəllimləri və uşaqlar iştirak edib.
Səfər
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO

















