DYP-dən hava limanı yolu ilə bağlı sürücülərə MÜRACİƏT

Fevralın 21-i tarixində paytaxtın Suraxanı rayonu, Hava limanı şosesində (“Buta Palace”-nin yaxınlığı) yeni quraşdırılan elektron məlumat-sürət tablolarının üzərində olduğu metal konstruksiyada son tamamlama işləri ilə əlaqədar sözügedən yolda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilərək istiqamətlər dəyişdiriləcək.
Bu barədə Avtosfer.az-a Bakı Şəhər DYP İdarəsindən bildirilib.
Qeyd edilib ki, məhdudiyyət 21 fevral tarixində saat 00:00-dan 05:45-dək Hava limanı yolundan (Hava limanı körpüsündən) "Koroğlu" metrostansiyası istiqamətində, 02:00-dan 05:15-dək isə "Koroğlu" metrostansiyasından (Suraxanı dairəsi üzərindəki yol ötürücüsündən) Hava limanı istiqamətində tətbiq ediləcək.
Həftəsonu rayonlara getmək istəyənlərin NƏZƏRİNƏ! - VİDEO
"Ərazidə xidmət aparan DYP əməkdaşları tərəfindən Mərdəkan şosesindən gələn sürücülər Zığ şosesinə, şəhər istiqamətindən gələn sürücülər isə Suraxanı rayonu, Xanlar Ələkbərov və 14 İyul küçəsinə istiqamətləndiriləcək.
Bundan əlavə sürücülər şəhərdən Hava limanı istiqamətinə alternativ olaraq 8 Noyabr prospektindən Zığ yoluna keçməklə də hərəkət edə biləcəklər", - müraciətdə vurğulanıb.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












