DYP əməkdaşları tələbələrlə görüşdü - VİDEO

Gəncədə tələbələrlə yol hərəkəti təhlükəsizliyi mövzusunda maarifləndirici görüş keçirilib.
Baş Dövlət Yol Polisi İdarəsinin təşkilatçılığı ilə təhsil müəssisələrində keçirilən maarifləndirmə tədbirləri davam etdirilir. Bu çərçivədə Gəncə şəhər Dövlət Yol Polisi xidmətinin əməkdaşları Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri ilə görüş keçiriblər.
Avtosfer.az xəbər verir ki, görüş zamanı tələbələrə yol hərəkəti qaydaları ilə bağlı zəruri tövsiyələr verilib, yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında qaydalara əməl etməyin vacibliyi diqqətə çatdırılıb. Bildirilib ki, yol hərəkəti təhlükəsizliyinin təbliği istiqamətində təhsilalanlar arasında aparılan maarifləndirmə işləri hər zaman müsbət nəticələr verir və bu sahədə təhsil ictimaiyyəti ilə qarşılıqlı əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.
Tələbələrin aktiv iştirakı ilə keçən görüşdə onları maraqlandıran suallar cavablandırılıb. Tədbirin sonunda gənclər şəxsi nümunələri ilə yol hərəkəti təhlükəsizliyinin təbliğinə töhfə verməyə çağırılıblar.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












