DYP “Təmiz hava” aylığına start verib - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların qarşısının alınması məqsədilə, Baş Dövlət Yol Polisi İdarəsi aidiyyəti qurumlarla birgə növbəti dəfə “Təmiz hava” aylığına start verib.
Avtosfer.az xəbər verir ki, preventiv əhəmiyyət kəsb edən sözügedən tədbirin əsas hədəfi təkcə atmosferə normadan artıq zərərli maddələr atan avtomobillərin istismarının qarşısının alınması deyil. Həm də, sürücülərlə, eləcə də sərnişin və yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərlə nasaz nəqliyyat vasitələrindən istifadənin ətraf mühitə, o cümlədən insanların həyat və sağlamlığına vurduğu zərərlə bağlı maarifləndirmə xarakterli söhbətlərin aparılmasıdır.
Baş Dövlət Yol Polisi İdarəsi cəmiyyətin sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi məqsədilə, bir daha sürücülərdən, fiziki və hüquqi şəxslərdən istifadələrində olan avtonəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə istismar etmələrini xahiş edir, eyni zamanda bu sahədə yol verilən qayda pozuntularının inzibati məsuliyyət yaratmasını onların nəzərinə çatdırır.
Polis Akademiyasında yeni mərhələ; kursantlara ixtisaslaşmlış mütəxəsisslər dərs keçir - FOTOSESSİYA
Sabunçuda “Təmiz hava” aylığı; 15 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
"Ekologiya postu"nun qarşısında diqqətli olun - DYP vacib məlumat yaydı - VİDEO
Radarı keçən kimi sürəti artırırlar: DYP-dən sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Nəsimidə “Təmiz hava” aylığı; 30-dan çox avtomobil YOXLANILDI - VİDEO
Binəqədidə atmosferi çirkləndirən avtomobillər saxlanıldı; 10 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Qaradağda ekoloji reyd; yol polisi atmosferi çirkləndirən sürücüləri CƏRİMƏLƏDİ - VİDEO
"Sərt tormozlamadan ÇƏKİNİN!" - DYP-dən hava XƏBƏRDARLIĞI
Köməyə çatan polis əməkdaşları körpənin həyatını xilas etdi - VİDEO
DYP süni intellektəsaslı avadanlıqları nümayiş etdirdi - FOTOLAR
Yol polisi sürücüləri belə tələyə salır - VİDEO












