“Ekologiya postu”nda sürücülər cərimələndi; bəzilərinə isə təşəkkür edib yola saldılar - VİDEO

Bu gün Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları “Təmiz hava” aylığı çərçivəsində tədbir keçirib. Avtosfer.az xəbər verir ki, Daxili İşlər və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə planı ilə keçirilən aylıqda məqsəd ətraf mühitin qorunmasına diqqət çəkmək, texniki cəhətdən nasaz nəqliyyat vasitələrini aşkarlamaq, sürücülər arasında maarifləndirmə işi aparmaq və bu yolla da məqliyyat vasitələrindən ətraf mühitə atılan zəhərli qazların miqdarının azaldılmasına nail olmaqdır.
“Təmiz hava” aylığı çərçivəsində DYP əməkdaşları qanunun tələblərinə əməl olunmasına nəzarət etmək məqsədilə sürücüləri saxlayıb və avtomobillər texniki vasitə ilə yoxlanılıb.

Sürücülərlə maarifləndirici söhbət apararaq onlara qanunvericiliyin tələblərini izah edən yol polisi əməkdaşları bildirib ki, ətraf mühitin qorunması hər kəsin borcudur. Sürücülər isə idarə etdiyi nəqliyyat vasitəsindən ixrac olunan zərərli qazların miqdarının normalar çərçivəsində olmasına nəzarət etməli, avtomobili saz vəziyyətdə saxlamalıdır.
Ətraf mühitə atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkarlanan avtomobillərin sürücülərinə qarşı inzibati qaydada tədbir görülüb. Göstəriciləri qaydalar çərçivəsində olan və ya normadan qismən artıq olan avtomobillərin sürücülərinə isə xəbərdarlıq edilib.

Cərimə olunan sürücülər yanacağın keyfiyyətinin aşağı olmasından şikayət etsə də, göstəriciləri normada olan avtomobillərin sürücüləri sadəcə olaraq texniki qulluğa diqqət yetirməyin vacibliyini qeyd ediblər.
Qeyd edək ki, “Təmiz hava” aylığı ilə bağlı tədbirlər iyunun 10-dək davam ecəcək.
Fidan
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












