Halı pisləşən qocaya yol polisi kömək etdi - VİDEO

Polisin bu hərəkəti sosial şəbəkələrdə təqdirlə qarşılanıb. Belə ki, yolda halı pisləşən yaşlı şəxsin köməyinə ərazidə xidmət aparan yol polisi əməkdaşı yetişib.
Avtosfer.az xəbər verir ki, hadisə zamanı yaşlı şəxs səhhətində yaranan qəfil problem səbəbindən yerə yıxılıb. Ətrafda olan vətəndaşlar dərhal təcili tibbi yardıma xəbər versələr də, hadisə yerinə ilk çatan polis əməkdaşı olub. Yasamal rayon DYP şöbəsinin əməkdaşı yaşlı insana ilkin tibbi yardım göstərib, vəziyyətini nəzarətdə saxlayıb və təcili yardım gələnə qədər onunla maraqlanaraq vəziyyətin ağırlaşmasının qarşısını alıb.
Sosial şəbəkə istifadəçiləri hadisəyə münasibət bildirərək qeyd ediblər ki, bu, polis-vətəndaş münasibətlərinin humanist yanaşmaya əsaslandığının bariz nümunəsidir.
Eltac Zülfüqaroğlu
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO












