Nizamidə avtomobillər yoxlanıldı; 15 sürücüyə protokol tərtib olundu - VİDEO

Nizami rayonunda ölkə üzrə keçirilən “Təmiz hava” aylığı çərçivəsində maarifləndirici tədbir baş tutub. Avtosfer.az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi, Nizami rayon DYP Şöbəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbir zamanı nəqliyyat vasitələrindən ixrac olunan zəhərli qazların miqdarı ölçülüb. Qaydaları kobud şəkildə pozan şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.
“Təmiz hava” aylığı çərçivəsində DYP əməkdaşları qanunun tələblərinə əməl olunmasına nəzarət etmək məqsədilə sürücüləri saxlayıb və avtomobillər xüsusi texniki vasitə ilə yoxlanılıb. Eyni zamanda, Bakı şəhər DYP İdarəsinin bölmə rəisi polis mayoru Toğrul Nəsirli sürücülərlə maarifləndirici söhbət apararaq onlara qanunvericiliyin tələblərini izah edib. Qeyd olunub ki, ətraf mühitin qorunması hər kəsin borcudur, sürücülər isə idarə etdiyi nəqliyyat vasitəsindən ixrac olunan zərərli qazların miqdarının normalar çərçivəsində olmasına nəzarət etməli, avtomobili saz vəziyyətdə saxlamalıdır.
Ətraf mühitə atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkarlanan avtomobillərin sürücülərinə qarşı inzibati qaydada tədbir görülüb. Bəzi sürücülərə isə nəqliyyat vasitələrindən havaya atılan dəm qazının miqdarının normadan bir qədər artıq olduğu üçün xəbərdarlıq edilib.
Əksər sürücülərin avtomobilləri normalara cavab verib. Buna baxmayaraq, zərərli maddələrin miqdarı normadan artıq olan 15 avtomobilin sürücüsünə cərimə yazılıb.
Səfər
Polis Akademiyasında yeni mərhələ; kursantlara ixtisaslaşmlış mütəxəsisslər dərs keçir - FOTOSESSİYA
Sabunçuda “Təmiz hava” aylığı; 15 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
"Ekologiya postu"nun qarşısında diqqətli olun - DYP vacib məlumat yaydı - VİDEO
Radarı keçən kimi sürəti artırırlar: DYP-dən sürücülərə XƏBƏRDARLIQ – VİDEO
DYP “Təmiz hava” aylığına start verib - VİDEO
Nəsimidə “Təmiz hava” aylığı; 30-dan çox avtomobil YOXLANILDI - VİDEO
Binəqədidə atmosferi çirkləndirən avtomobillər saxlanıldı; 10 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Qaradağda ekoloji reyd; yol polisi atmosferi çirkləndirən sürücüləri CƏRİMƏLƏDİ - VİDEO
"Sərt tormozlamadan ÇƏKİNİN!" - DYP-dən hava XƏBƏRDARLIĞI
Köməyə çatan polis əməkdaşları körpənin həyatını xilas etdi - VİDEO
DYP süni intellektəsaslı avadanlıqları nümayiş etdirdi - FOTOLAR












