Ötmə zamanı bu səhvi edənlər ölüm riski ilə üzləşir - DYP-dən XƏBƏRDARLIQ

Bu ilin 11 ayı ərzində qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulması ilə bağlı ölüm və xəsarətlə nəticələnən 470 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Qeyd olunub ki, bu fakt ağır nəticəli yol-nəqliyyat hadisələrinin başlıca səbəbləri sırasında ötmə və manevretmə qaydalarının pozulmasının xüsusi yer tutduğunu göstərir:
"Qarşı hərəkət zolağına düşünülməmiş şəkildə çıxmaq, yolun görünüş məsafəsini və hərəkətin intensivliyini düzgün qiymətləndirməmək, tələskənlik, eləcə də sürücünün özünə həddindən artıq güvənməsi qısa zaman ərzində ağır və geri dönüşü olmayan nəticələrə səbəb ola bilər. Bu cür qayda pozuntuları əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələri ilə toqquşma, avtomobilin idarəetmədən çıxaraq aşması, eləcə də digər yol hərəkəti iştirakçılarının həyat və sağlamlığı üçün birbaşa təhlükənin yaranması ilə nəticələnir".
BDYPİ sürücülərin diqqətinə çatdırır ki, ötmə və manevretmə zamanı qarşıdan gələn nəqliyyat vasitəsinə olan məsafə real qiymətləndirilməli, yolun vəziyyəti və hava şəraiti mütləq nəzərə alınmalı, sükan arxasında səbir, diqqət və məsuliyyət nümayiş etdirilməlidir.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












