Özünü maşının altına atan piyadaların görüntüləri üzə çıxdı - VİDEO

"Yollarda təhlükəsizliyin təmin olunması hər bir hərəkət iştirakçısının məsuliyyətindən asılıdır. Piyadalar üçün isə bu məsuliyyət daha da böyükdür, çünki onlar yolun ən müdafiəsiz iştirakçılarıdır".
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə müraciətində bildirilib.
"Təəssüf ki, bəzən piyadalar yaxınlıqda keçid olduğu halda, müəyyən edilməmiş yerlərdən yolu keçərək həm öz həyatlarını, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini riskə atırlar. Bir anlıq tələskənlik və ya diqqətsizlik çox zaman geri dönüşü olmayan nəticələrə gətirib çıxarır.
Unutmayaq ki, piyada keçidləri, işıqforlar və yol nişanları insan həyatını qorumaq üçün var. Onlara əməl etmək yalnız qanunun tələbi deyil, həm də öz həyatımıza və ətrafımızdakılara göstərdiyimiz dəyərin göstəricisidir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha hər kəsi məsuliyyətli olmağa çağırır:
- Yalnız müəyyən olunmuş keçidlərdən istifadə edin;
- Yolun hərəkət hissəsinə çıxmazdan əvvəl hər iki istiqamətə baxın;
- Ehtiyatı əldən verməyin.
Unutmayın - təhlükəsizliyiniz sizin davranışınızdan asılıdır!"
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO












