Polis Akademiyasında mütəxəssislər interaktiv dərslərə cəlb olunub - FOTO

Polis Akademiyasında kursantların nəzəri biliklərini möhkəmləndirmək və praktiki vərdişlərini inkişaf etdirmək məqsədilə təcrübəli mütəxəssislər tərəfindən interaktiv dərslər təşkil olunur.
Avtosfer.az xəbər verir ki, dərslərin əsas məqsədi kursantlarda elmi yaradıcılıq vərdişlərini inkişaf etdirmək və nəzəri biliklərin praktik tətbiqinin önəmini göstərməkdir.
Müxtəlif fənlər üzrə keçirilən interaktiv dərslərdə qonaq qismində iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Fazil Həsənəliyev “Cinayət məsuliyyətindən azad etmə”, Bakı Dövlət Universitetinin professoru, hüquq elmləri doktoru Midhəd Qəfərov “Cinayət işlərinə məhkəmədə ilkin baxılması”, ehtiyatda olan III dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov “Cinayətin subyekti”, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Vəfadar Piriyev “Mülki-hüquqi əqdlər və əqdlərdə təmsilçilik”, Milli Azərbaycan Tarixi Muzeyinin böyük elmi işçisi, Xəzər Universitetinin müəllimi, t.ü.f.d., dosent Laçın Mustafayev “Azərbaycan XIII-XV əsrlərdə” mövzuları üzrə mühazirə dərslərində iştirak ediblər, həmçinin Azərbaycan Dillər Universitetinin filologiya üzrə elmlər doktoru, professor Kəmalə Cəfərova kursantlara ingilis dilində nümunəvi dərs keçib.
Təcrübəli mütəxəssislər tərəfindən keçirilən dərslər zamanı kursantlar cinayət məsuliyyətindən azad etmə halları, onların hüquqi əsasları, məhkəmələrə daxil olmuş
cinayət işləri üzrə hakimlərin ilkin hərəkətləri, cinayətin törədilməsində iştirak edən şəxslər, onların hüquqi statusları və məsuliyyətləri, mülki-hüquqi əqdlərin əlamətləri, etibarsız əqdlər və onların hüquqi nəticələri üzrə biliklərini artırıblar, ingilis dilində oğurlanmış əşyaların təsvirinin əhəmiyyətini, həmin əşyaların məhkəmədə dəlil kimi necə təqdim edildiyini və müvafiq hüquqi prosedurları öyrəniblər.
Təcrübəli mütəxəssislər dərs zamanı kursantların suallarını cavablandırıblar və müvafiq mövzular ətrafında səmərəli müzakirələr aparılıb.
Müzakirələrdə iştirak edən kursantlar konkret hüquqi məsələlərlə bağlı praktiki yanaşmalar əldə edərək nəzəri biliklərini daha da möhkəmləndiriblər.
“Diqqət, uşaqlar!” aylığı: Məktəblər ətrafında nəzarət gücləndirilib - VİDEO
Yol polisi “Diqqət, uşaqlar!” profilaktik aya start verib - FOTOSESSİYA
Vilayət Eyvazov TDT ölkələrinin daxili işlər nazirlərinin iclasında iştirak etdi - FOTOLAR
Qəzanın qarşısını almaq sürücünün öz əlindədir – DYP-dən sürücülərə ÇAĞIRIŞ - VİDEO
DYP və AYNA-dan velosiped və skuter istifadəçilərinə çağırış - VİDEO
Suraxanıda yol polisi məktəblərin ətrafında təhlükəsizliyi gücləndirib - VİDEO
Ağır qəza yenidən bu təhlükəni gündəmə gətirdi – DYP-dən XƏBƏRDARLIQ
DYP-dən 5 nəfərin yanaraq öldüyü qəza ilə bağlı AÇIQLAMA
Yağışlı havada polis zəruri təhlükəsizlik tədbirlərini belə həyata keçirir - FOTO - VİDEO
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO




























