Polis Akademiyasında təntənəli buraxılış mərasimi keçirildi - FOTO - VİDEO

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında “Polis Günü”nə və 2024-2025-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, habelə respublikamızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış və xidməti vəzifələri yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsi yad olunub.
Sonra peşə bayramı münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təbriklərini və ən xoş arzularını şəxsi heyətə çatdıran general-polkovnik Vilayət Eyvazov ötən 107 ildə polisin keçdiyi şərəfli və zəngin xidmət yolundan, yaratdığı dəyərli ənənələrdən, xüsusən ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının fəaliyyətinin təşkili, milli ruhlu vətənpərvər kadrlarla möhkəmlənməsi sahəsində görülən mühüm işlərdən danışıb.
O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Daxili İşlər Nazirliyində güclü və müasir maddi-texniki baza yaradıldığını, zamanın çağırışlarından irəli gələn struktur dəyişiklikləri aparıldığını, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi, peşə hazırlığının artırılması sahəsində sistemli tədbirlərin həyata keçirildiyini və əməliyyat-xidməti fəaliyyətin vətəndaş məmnunluğunun təmini prinsipləri üzərində qurulması ilə bağlı həyata keçirilmiş tədbirləri vurğulayıb.
Cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilən polis orqanlarının hər bir şəxsin qanuni mənafeyini, hüquq və azadlığının müdafiəsini yüksək səviyyədə təmin etdiyini qeyd edib.
Xidməti vəzifələrin dəqiq və qüsursuz yerinə yetirilməsində dürüstlük, prinsipiallıq və məsuliyyət kimi keyfiyyətlərin böyük önəm kəsb etdiyi, cinayətlərin açılmasının yüksək səviyyədə saxlanılmasının, hüquqpozmaların profilaktikasının daha da yaxşılaşdırılmasının, orqan və hissələrin mürəkkəb şəraitdə xidmət aparmaq bacarıqlarının artırılmasının, bütövlükdə xalqa xidmət funksiyalarının daha təkmil icrası üçün əlavə tədbirlərin həyata keçirilməsinin başlıca vəzifələr olduğu şəxsi heyətin diqqətinə çatdırılıb.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında möhtəşəm qələbəmizlə nəticələnmiş Vətən müharibəsindən sonra regionda yeni reallıqların yarandığı vurğulanaraq işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdış”ın gerçəkləşməsi üçün polis orqanlarının, o cümlədən Daxili Qoşunların fəaliyyətinin mövcud vəziyyətə uyğunlaşdırıldığı, asayişin və təhlükəsizliyin etibarlı təmin edildiyi, xidmətin böyük əzm və peşəkarlıqla davam etdirildiyi qeyd olunub.
Xidməti vəzifələrin icrasında daxili işlər orqanlarına hər zaman yardımçı olan, polisin peşə bayramının sevincini bölüşən vətəndaşlara, daxili işlər orqanlarının veteranlarına, dövlət qurumlarının rəhbərlərinə və əməkdaşlarına, qeyri-hökumət təşkilatlarının və media nümayəndələrinə təşəkkür ifadə olunub.
Qazanılan uğurlarda Azərbaycan polisinin müasir dünyagörüşlü yeni nəslini Vətənə, dövlətə, xalqa sevgi və xidmət ruhunda yetişdirən Polis Akademiyasının rolunu xüsusi qeyd edən daxili işlər naziri məzunları təhsili başa vurmaları münasibətilə təbrik edib, eləcə də bu təhsil müəssisəsini baş leytenant rütbəsi ilə bitirmiş məzunlara fərqlənmə diplomlarını təqdim edib.
General-polkovnik V.Eyvazov təntənəli mərasimin iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi əmin edib ki, öz andına həmişə sadiq olan daxili işlər orqanları bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək, bu yolda qüvvə və bacarığını əsirgəməyəcək.
Təntənəli tədbir şəxsi heyətin mətin addımlarla tribuna qarşısından keçidi ilə yekunlaşıb.






Yol polisi nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi
Yol polisimiz Rusiyada yarışa qatılıb MDB birincisi oldu - VİDEO
Özbəkistanda yol polisi “Damas”a 20 uşaq mindirən sürücünü cərimələdi
Yol polisi piyadalarla bağlı dəhşətli görüntülər yaydı - XƏBƏRDARLIQ - VİDEO
Yanvar-iyun aylarında 4 ton 318 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb - DİN
Bu ilin 6 ayı ərzində Azərbaycanda 15.420 cinayət qeydə alınıb – RƏSMİ
Vilayət Eyvazov kollegiya iclası keçirdi - 6 ayın yekunları müzakirə olundu - FOTO
DYP-dən kənd təsərrüfatı sahəsində çalışanlara XƏBƏRDARLIQ
Təhlükə ilə üzləşən velosipedçilər yol polisindən kömək istədi - VİDEO
Vilayət Eyvazov rəislərə tapşırıqlar verdi; 227 nəfəri işə götürdü - VİDEO
Cinayət işləri ilə bağlı VACİB QƏRAR: Statistik hesabatların tərtib edilməsi təkmilləşdirilir










