Polis Balakəndə kiberdələduzlara qarşı tədbir keçirdi - FOTO - VİDEO

Kiber oğurluq və dələduzluq hallarına qarşı mübarizə işinin daha da gücləndirilməsi, bu sahədə sakinlər arasında maarifləndirmə işinin genişləndirilməsi məqsədilə Balakəndə polis əməkdaşları tərəfindən silsilə tədbirlər təşkil olunub.
Bankomat və ödəmə terminallarının ətrafında, mağazalarda, digər ictimai iaşə obyektlərində xəbərdaredici lövhələr vurulub. Həmçinin sakinlərə internet resursları üzərindən törədilən cinayətlərlə bağlı məlumatverici vərəqələr paylanılıb.
Tədbirlər zamanı vətəndaşlara izah olunub ki, heç bir halda bank və digər şəxsi məlumatlar qarşı tərəfə ötürülməməli, mobil internetin sürətinin artırılması ilə bağlı gələn şübhəli mesajlarda linklərə keçid etməməli, alış-veriş saytlarında məhsula baxış keçirmədən tanımadıqları şəxslərə beh göndərməməli, sosial şəbəkələrdə aşağı faizlə kredit təklif edən dələduzların şirnikləndirici vədlərinə inanmamalıdırlar.
Polis əməkdaşları tərəfindən vətəndaşlara, xüsusən təqaüdçülərə kartlarındakı pulu nağdlaşdırmaq məqsədilə tanımadıqları şəxslərdən kömək istəməmək, digər bir şəxsin kart hesabına pul göndərmək istəyən zaman isə yalnız bankların səlahiyyətləri əməkdaşlarına müraciət etmələri tövsiyə olunub.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO


















