Polis əməkdaşları Neftçalada tədbir keçirdi - FOTO

Neftçala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təşkilatçılığı ilə 1 və 2 saylı tam orta məktəblərdə “Yol hərəkəti qaydalarına riayət etmək təhlükəsizliyin qarantıdır” mövzusunda maarifləndirici görüşlər keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbirlərdə çıxış edən polis əməkdaşları keçirilən tədbirlərin əsas mahiyyətinin azyaşlıları yol hərəkəti təhlükəsizliyi qaydaları ilə tanış etmək və onların iştirakı ilə baş verə biləcək yol qəzalarının qarşısını almaq olduğunu bildiriblər. Tədbirlər zamanı yollarda quraşdırılan yol nişanları, işıqforlar və piyada keçidlərinin əhəmiyyətindən danışılıb, nişanlardan düzgün istifadə qaydaları haqqında geniş məlumatlar verilib.
Görüşlərin sonunda polis əməkdaşları tərəfindən şagirdlərə təhlükəsizlik qaydaları əyani şəkildə izah olunub, hərəkətin sıx və intensiv olduğu küçələrdə hərəkət edərkən daha ehtiyatlı olmalarının zəruriliyi çatdırılıb.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO














