Polis narkoman sürücülərin karyerasını necə məhv edir? - Ömürlük cəza da var

Son günlər yol polisinin yaydığı xəbərlər narkotikin təsiri altında olan sürücülərin sayının artdığını göstərir. Bəzi ekspertlərin “sürücülər narkotiki siqaret yerinə istifadə edir” deməsi mübaliğə olsa da, həqiqət payı böyükdür. Doğrudur, qanuna dəyişiklik edilərək spirtli içki və narkotik vasitələrin ayrı tövsiyə edilməsi bu sahədə müəyyən yaxşılaşmaya səbəb olub. Lakin sayın azalmaması göstərir ki, hələ qarşıda görüləcək çox iş var. Bəs bu sahədə beynəlxalq təcrübə necədir?
Avtosfer.az xəbər verir ki, Avropa ölkələrinin qanunvericiliyi narkotikdən istifadə edən sürücülərə qarşı kifayət qədər sərtdir. Qayda pozuntusu təkrar törədildikdə isə cəza daha da sərtləşir. Narkoman sürücü ilə bağlı qərarı polis deyil, məhkəmə verir.
İsveçrədə narkotikin təsiri altında olan sürücü ilk dəfə tutulduqda sürücülük hüququ 3 ay müddətinə məhdudlaşdırılır. Eyni hal 5 il ərzində təkrarlandıqda sürücü 12 ay sükan arxasına keçə bilməz. 10 il ərzində üçüncü dəfə tutulan şəxsin sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılır. Dördüncü halda isə sürücülük hüququ ömürlük qadağan edilir. Bundan başqa, hər bir halda, vəziyyətdən asılı olaraq məhkəmə kifayət qədər böyük məbləğdə cərimə də tətbiq edir.
Avropanın ən gedişli-gəlişli ölkələrindən olan Belçikada ilk dəfə narkotikin təsiri altında saxlanan sürücünün nəqliyyat vasitəsini idarəetmə hüququ 1 həftədən 2 ilədək məhdudlaşdırılır. Ona 1600 – 16 000 avro arası cərimə tətbiq edilir. Eyni qayda pozuntusu təkrar törədildikdə sürücü 40 min avroyadək cərimə oluna, 1 aydan 3 ilədək azadlıqdan məhrum edilə bilər.
Təzə başlayan sürücülərə isə cəza daha ağırdır. 2 ildən az təcrübəsi olan sürücü narkotiklə tutulduğu təqdirdə vəsiqəsi ləğv edilir. Bundan sonra o, yenidən imtahan verərək vəsiqə almağa məcburdur.
İndi isə gəldik, ilk avtomobilin 2 vətənindən biri olan Fransaya. Əgər avtomobilin digər vətəni Almaniyada marixuanadan az istifadə etməklə avtomobil idarə etmək olursa, Fransada bunun tam əksidir. Bu ölkədə ilk dəfə narkotikin təsiri altında tutulan sürücünün cəzası 4500 avro cərimə, 6 cərimə balı və 2 ilədək həbsdir. Əgər sürücü həm də spirtli içki qəbul edibsə, cəza 9000 avro olur.
Təbii ki cəza bununla yekunlaşmır. Qəzada kimsə xəsarət alıbsa, həbs müddəti 5 il, cərimə 75 000 avroya çıxa bilər. Hadisə yerindən yayınma zamanı cərimə 100 min avro müəyyən edilir.
Ölüm baş verdikdə həbs müddəti 10 il, cərimə 100 min avro nəzərdə tutulur. Ağırlaşdırıcı hallarda (məsələn, əlavə olaraq vəsiqəsiz idarəetmə, alkoqol sərxoşluğu, hadisə yerindən yayınma) cərimə 150 min avroyadək qalxır.
Bütün hallarda məhkəmə əlavə olaraq sürücülük hüququnun azı 3 il məhdudlaşdırılması, bəzi nəqliyyat vasitələrinin idarə edilməsinin qadağan olunması cəzasını da tətbiq edir.
Hər 3 ölkədə sığorta şirkətləri birmənalı olaraq narkotikin təsiri altında olan sürücünün təqsirindən baş verən qəzaya görə ödəniş etmir. Əlavə olaraq, bu qayda pozuntusuna (bəzən də cinayət hesab edilir) yol verən şəxslər üçün sığorta şirkətləri daha əlverişsiz şərtlər müəyyən edir.
Fransada isə, əlavə olaraq bu məlumatlar vətəndaşın şəxsi işinə əlavə edilir. Vətəndaş haçansa məhkumluğun olmamasına dair arayış aldıqda, narkotikdən istifadədə dair qeyd orada öz əksini tapır. Təbii ki, bu halda onun sürücü fəaliyyəti ilə məşğul olması müşkülə çevrilir. Sadə məntiqlə, şirkətlərin çoxu narkomaniyaya görə cəzalandırılmış sürücü ilə işləmək istəməz.
Vüqar Yaşaroğlu
Yol polisi nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi
Yol polisimiz Rusiyada yarışa qatılıb MDB birincisi oldu - VİDEO
Özbəkistanda yol polisi “Damas”a 20 uşaq mindirən sürücünü cərimələdi
Yol polisi piyadalarla bağlı dəhşətli görüntülər yaydı - XƏBƏRDARLIQ - VİDEO
Yanvar-iyun aylarında 4 ton 318 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb - DİN
Bu ilin 6 ayı ərzində Azərbaycanda 15.420 cinayət qeydə alınıb – RƏSMİ
Vilayət Eyvazov kollegiya iclası keçirdi - 6 ayın yekunları müzakirə olundu - FOTO
DYP-dən kənd təsərrüfatı sahəsində çalışanlara XƏBƏRDARLIQ
Təhlükə ilə üzləşən velosipedçilər yol polisindən kömək istədi - VİDEO
Vilayət Eyvazov rəislərə tapşırıqlar verdi; 227 nəfəri işə götürdü - VİDEO
Cinayət işləri ilə bağlı VACİB QƏRAR: Statistik hesabatların tərtib edilməsi təkmilləşdirilir










