Polis velosiped və skuter sürücülərinin qorxunc görüntülərini paylaşdı - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İtellektual İdarəetmə Mərkəzi velosiped və skuter sürücülərinə müraciət edib. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, müraciətdə onların əks istiqamətdə hərəkət etməməli və svetoforun qadağanedici siqnalı yandıqda dayanmalı olduqları qeyd edilib.
Həmçinin bildirilib ki, bu cür nəqliyyat vasitələrindən istifadə zamanı qaydalara əməl olunmaması yollarda qəza şəraitinin yaranmasına səbəb olur:
"Yaz-yay aylarında velosiped və skuter kimi ikitəkərli nəqliyyat vasitələrindən istifadə edənlərin sayı artır. Qanun tələb edir ki, velosipedlər, asma mühərrikli velosipedlər və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri yalnız yolun sağ kənar zolağında, yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər. Velosipedlərin yol çiyini ilə hərəkətinə isə piyadalar üçün maneə yaratmamaq şərti ilə icazə verilir. Bu cür nəqliyyat vasitələrini idarə edənlər bilməlidir ki, velosiped yolu olduğu halda, onun yanındakı yolla hərəkət etmək də qanunla qadağandır".
Əlavə edilib ki, yolayrıcından kənarda yolun velosiped yolu ilə nizamlanmayan kəsişməsində velosiped sürücüləri bu yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər: "Piyada keçidlərində isə yolu keçərkən nəqliyyat vasitəsindən düşərək piyadalar kimi hərəkət etməlidirlər".
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












