Polis yavaş hərəkət edən pensiyaçı qadını cərimələdi

İlk baxışdan xaricdə baş verən bu hadisənin Azərbaycan oxucusu üçün çox da böyük əhəmiyyəti yoxdur.
Lakin diqqətlə baxdıqda məlum olur ki, oxşar problem bizdə də var. Lakin indi çox da ciddi hiss edilmir.
Ölkəmizdə belə bir halla yayda çox sürücü rastlaşıb: rayon yerlərindıə hansısa yaşlı sürücü köhnə Jiquli ilə 30-40 km/saat sürətlə gedir. Arxada isə böyük bir kolon hərəkət edir. Jiquli sahibi nə özü sürətlə hərəkət edir, nə də getmək istəyənlərə yol verir.
Avtosfer.az xəbər verir ki, İsveçrədə yaşlı qadınla bağlı məhkəmə işi yekunlaşıb. İsveçrə mətbuatında yer alan məlumata görə o, 2024-cü ilin qışında dağ turizmi zonalarından birində çox aşağı sürətlə hərəkət etdiyi üçün sürücülərdən biri polisə şikayət edib. Polis 65 yaşlı qadını şaxtalı havada 2 saatadək izləyib və onun sürüşünü qeydə alıb. Məlum olub ki, bu lənglik nəticəsində 1 kilometrə yaxın avtomobil kolonu əmələ gəlib.
Federal polis hadisəni aktlaşdıraraq məhkəməyə verib. Məhkəmə qadını 2500 frank (4300 manat) cərimələyib. Qərardan narazı qalan qadın apellyasiya şikayəti versə də, birinci instansiyanın qərarı dəyişməyib. Sadəcə olaraq cavabdehin cəriməni ayda 50 franklıq hissələrlə ödənilməsinə icazə verilib.
Məsələ burasındadır ki, bəzən aşağı sürət də ciddi təhlükə mənbəyidir. Buna görə də bir çox ölkədə zərurət olmadan aşağı sürətlə hərəkət edən sürücülər cərimələnir. Digər tərəfdən, Avropada yaşlı sürücülərin yollardan yığışdırılması üçün yollasr axtarılır. Problem bizim üçün də aktuallığını qoruyur.
Vüqar Yaşaroğlu
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












