Qaradağda fərqli maşınlarla şou göstərən vəsiqəsiz sürücüsü 20 günlük HƏBS EDİLDİ - VİDEO

Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə paylaşan sürücü müəyyən olunub.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, “VAZ-2107” və “Dacia” markalı avtomobillərlə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarına real təhlükə yaradan, eləcə də avtomobilin konstruksiyasına müdaxilə edən sürücü - Cəsur İsayev aşkar olunaraq saxlanılıb.
Sürücü barəsindəİnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib olunub və toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü - C.İsayev 20 gün müddətinə inzibati qaydada həbs edilib.
Xatırladaq ki, bir neçə gün öncə sözügedən sürücüylə bağlı saytımızda xəbər dərc olunmuşdu.
Nərmin
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












