Banner

Qaxda “Təmiz hava aylığı” çərçivəsində reydlər keçirilib – VİDEO

Yol polisi 27 Oktyabr 2026 09:46
Qaxda “Təmiz hava aylığı” çərçivəsində reydlər keçirilib – VİDEO
WhatsApp kanalımıza abunə olun

Qax rayonunda avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərəri minimuma endirmək məqsədilə yol polisi profilaktik tədbir keçirib.

Avtosfer.az xəbər verir ki, tədbir zamanı nəqliyyat vasitələrinin texniki sazlığının daim diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti barədə sürücülərlə maarifləndirici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri onlara izah edilib.

Atmosferə normadan artıq tullantı ixrac edən nəqliyyat vasitələrinin sürücülərinin diqqətinə bu halın aradan qaldırılmasının vacibliyi çatdırılıb.

Bu istiqamətdə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdiriləcək.

bax.tvhttps://player.bax.tv/embed/228225.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=avto-moto-xeberler

 

 

Oxunub : 214
ŞƏRH YAZ
Ad

E-mail

Şərh