Skuterlə məsuliyyətsiz davranış faciəyə səbəb ola bilər - DYP-dən XƏBƏRDARLIQ

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi skuter istifadəçilərinə müraciət edib.
İdarədən Avtosfer.az-a verilən xəbərə görə, müraciətdə bildirilib ki, paytaxtımızda müasir şəhərlər üçün xarakterik olan fərdi mobil vasitələrdən istifadənin sayının artması müsbət göstəricidir. Lakin, skuter və digər bu tip nəqliyyat vasitələrindən istifadə zamanı yol hərəkəti qaydalarına riayət edilməməsi təhlükəsizlik baxımından yolverilməz olmaqla yanaşı, həm də digər hərəkət iştirakçılarında haqlı narazılıq yaradır.
Skuter istifadəçiləri tərəfindən ən çox yol verilən qayda pozuntuları sırasında aşağıdakılar yer alır:
* bir skuterdə iki nəfərin hərəkət etməsi (bu, balans itkisi və qəza riskini artırır);
* piyada səkilərində və zolaqlarında yüksək sürətlə hərəkət;
* işıqfor və yol nişanlarının tələblərinə əməl edilməməsi;
* gecə saatlarında xəbərdaredici işıq və ya işarələrsiz hərəkət;
* azyaşlı və sürücülük bacarığı olmayan şəxslərin skuterlə yol hərəkətinə qoşulması.
Sadalanan qayda pozuntuları təkcə inzibati məsuliyyət deyil, həm də hər an ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinin baş verməsinə də real zəmin yaradır. Unutmayaq ki, hansı növ nəqliyyat vasitələrini idarə etməyimizdən asılı olmayaraq yol hərəkəti qaydalarını bilməli və onlara əməl etməliyik".
Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, skuter və digər kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər hərəkət iştirakçısıdır və onlar da digər sürücülər kimi yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl etməlidirlər.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












